YUMURTA HÜCEYRƏLƏRİNİN

SƏRGİLƏDİYİ ŞÜUR

Yumurta hüceyrələri, şüurlu davranışlar sərgiləyir ...

Rəhm divarına yerləşmə hazırlığı aparan hüceyrələr genetik olaraq anadan fərqli olduqları halda bunların necə olur ki, bədənə nəql edilən bir orqan və ya toxuma kimi rədd edilmədiyi uzun zamandır həll edilə bilməyən bir sirdir. Bunun cavabını "Həyatın başlanğıcı" adlı kitabın yazıçısı R. Flanaqan belə verir:

Hüceyrə bazasının "universal bir şifrə" olaraq xarakterizə ediləcək xüsusi siqnallar yaydığını söyləyə bilərik. Bu şifrə bütün insanlar üçün eynidir və eyni şəkildə ananın hüceyrələri də bir zamanlar hələ çoxluq halındaykən özlərini bu şifrəylə ifadə etmişlər. Bu səbəblə ananın hüceyrələri yeni gələnlərə qarşı bir müdafiə etmə meydana gətirməz, çünki onlar bioloji olaraq bədənə yerləşən bu hüceyrə küməsini bir düşmən deyil, universal bir dost olaraq görərlər.

Yumurta hüceyrəsi, bütün hüceyrələrə universal bir mesaj yollamaktadır.

Burada çox əhəmiyyətli bir nöqtəyə diqqət çəkməkdə fayda vardır. Flanaqanın ifadə etdiyi şəkildə bir hüceyrə birliyinin "universal bir mesaj" göndərməsi və başqa hüceyrə birliklərinin bu mesajı anlayaraq qarşılarında bir düşmən deyil dost olduğunu "anlaması" çox böyük bir möcüzədir. Unudulmamalıdır ki, burada bəhsi keçənlər şüurlu insan birlikləri deyil, əli, gözü, qulağı, beyni olmayan, şüursuz atomların, molekulların, zülalların birləşməsindən meydana gəlmiş, gözlə görülə bilməyəcək qədər kiçik hüceyrələrdən ibarət olan birliklərdir. Şübhəsiz ki, hüceyrələrdən belə bir şüur nümayişi gözləmək ən böyük bir məntiqsizlik olar.

Bu nöqtədə qarşımıza çıxan həqiqət açıqdır: Embrionun ana rəhminə rahatlıqla yerləşib ən etibarlı olacaq şəkildə varlığını davam etdirə bilməsi embrionu da, ananı da, ana bədənindəki müdafiə etmə sistemini də yaradan Allahın rəhməti ilə reallaşar.

Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır! (Loğman surəsi, 34)