BƏDƏNDƏKİ QÜSURSUZ
TƏHLÜKƏSİZLİK SİSTEMİ
Vazopressin hormonunun başqa bir xüsusiyyəti də var; qan damarlarını sıxar və beləcə qan təzyiqini artıra bilər.

Vazopressin hormonunun başqa bir xüsusiyyəti də var; qan damarlarını sıxar və beləcə qan təzyiqini artıra bilər. Bu da çox xüsusi hazırlanmış bir təhlükəsizlik-sığorta sistemidir və insanın xüsusi bir yaradılışla var edildiyinin bir başqa dəlilidir. Bu təhlükəsizlik-sığorta sisteminin işləyə bilməsi üçün böyük bir plan qurumuşdur. Ürəyin qulaqcıq bölgəsinin və ürəyə gələn damarların içinə qan təzyiqini ölçən çox xüsusi alıcılar yerləşdirilmişdir.
Bilindiyi kimi bir insanın qan təzyiqini ölçə bilməsi üçün texnoloji bir alət istifadə etməsi lazımdır. Bu alətlər bir çox fərqli budaqdan mütəxəssisin əməkdaşlığı ilə inkişaf etdirilmişdir və müasir bir texnologiya ilə istehsal edilirlər. Halbuki, ürəyimizdə eyni vəzifəni, gözlə görməyimizin qeyri-mümkün olduğu, çox kiçik molekullar boynuna götürmüşdür. Yaxşı, bu alıcılar qan təzyiqini necə ölçürlər, təzyiqdəki fərqliliyi necə qəbul edirlər? Bunlar hissi, duyğu orqanları və hiss etdiklərini qəbul edəcək şüurları olmayan atomlardır. Həmçinin, bu alıcılar ürəyə, tam olması lazım olan yerə necə yerləşmişdir? Bütün bu sualların cavabları, insana Allahın varlığını və Onun elminin ucalığını göstərir.

Hipofiz vəzi qan təzyiqinin artması üçün bu damarların sıxılmaları lazım olduğunu necə öyrənib?

Bu alıcılardan çıxan sinirlər isə, sanki bir kabel əlaqəsi qurar kimi hipofiz vəzisinə bağlanmışlar. Normal qan təzyiqi altında bu alıcılar davamlı olaraq xəbərdar edilir və bu kabellər vasitəçiliyi ilə hipofiz vəzisinə dayanmadan bir elektrik cərəyanı göndərirlər. Hipofiz vəzi isə bu siqnalları aldığı müddətcə, vazopressin hormonunun ifraz olunmasını maneə törədir. Bu bir təhlükəsizlik şirkətinin iş sisteminə bənzəyir. Təhlükəsizlik şirkətinin daim hazır olaraq gözləyən vəzifəliləri, həyəcan sisteminin qurulduğu evdən müsbət mesajlar aldıqları müddətcə hərəkətə keçməzlər.
Yaxşı, təhlükəsizlik şirkəti, yəni hipofiz vəzi nə vaxt hərəkətə keçər? Ciddi bir qanaxma vəziyyətində insan çox qan itirər və damarlarında olan qan miqdarı azalar. Bu da qan təzyiqinin düşməsi mənasını verir ki, aşağı qan təzyiqi xəstə baxımından çox təhlükəlidir.

 Hipofiz bezi, şuurlu hareketler yapmaktadır.

Qan təzyiqi düşdüyü anda damarların və ürəyin içində olan alıcıların hipofizə göndərdikləri siqnal da kəsilər. Bu da hipofizin həyəcan vəziyyətinə keçməsinə və vazopressin hormonu ifraz etməsinə səbəb olar. Hipofizin siqnalın kəsilməsini dərhal fərq edərək lazım olanı etməsi isə son dərəcə şüurlu bir hərəkətdir. Halbuki, bu şüurlu hərəkətlərin hamısı bəzi atomların birləşməsindən ibarət olan kiçik molekullara aiddir.
Vazopressin hormonu dərhal qan damarlarının ətrafında olan əzələlərin sıxılmasına səbəb olur və bu əməliyyat qan təzyiqinin yüksəlməsini təmin edir. Olduqca kompleks olan, bir-birindən asılı işləyən və bir çox parçadan ibarət olan bu sistemin, üzərində düşünülməsi lazım olan bir çox incəliyi vardır.

Vazopressin Hormonunu Bunca Bilgiyi Nereden Bilmektedir?

Vazopressin hormonunu istehsal edən hipotalamus hüceyrələri özlərindən çox uzaqda olan damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər?
Qan təzyiqinin artması üçün bu damarların sıxılmaları lazım olduğunu necə öyrəniblər?
Bu hüceyrələrin sıxılmalarını təmin edəcək kimyəvi düsturu necə meydana gətirə bilirlər?
Ürək və hipofiz arasındakı ünsiyyət şəbəkəsinin kabelləri döşənib belə qüsursuz bir həyəcan sistemi necə meydana gəlib?

Herşey, Allah'ın yaratması ile var edilmiştir

Şübhəsiz ortada mükəmməl bir yaradılış vardır və bu insanın şüursuz təsadüflər nəticəsi deyil, Allahın yaratması ilə var edildiyini göstərir. Təkamülçülərin, bədəndəki xəbərləşmə və həyəcan sisteminin təsadüfən var olduğunu, hüceyrələrin öz-özlərinə bu sistemi bildiklərini, hazırladıqlarını və inşa etdiklərini iddia etmələri məntiq çöküntüsünün nəticəsidir. Belə bir iddia, bir torpağa yığılan sement, kərpic, elektrik kabeli kimi vəsaitlərin bir fırtına nəticəsində əvvəl təsadüfən bir göydələn meydana gətirdiklərini, sonra ardından qopan ikinci bir fırtına ilə bu göydələnin içinə elektrik sistemi döşədiklərini, üçüncü bir fırtınada isə, binanın içinə mükəmməl bir təhlükəsizlik sistemi qurduqlarını iddia etməyə bənzəyir. Ağıl və vicdan sahibi olan bir insan belə məntiqsiz bir iddianı qəbul etməz. Ancaq, təkamülçülərin iddiası bundan da məntiqsizdir. Uca Allahın varlığını inkar etmək mövzusunda (Allahı tənzih edirik) israr edən təkamülçülər, söylədiklərinin nə qədər ağılsız olduğunu göz qarşısında saxlamadan təkamül nəzəriyyəsini müdafiə edərlər. Halbuki, uca Allahın varlığı və göyləri, yeri, hər şeyi mükəmməl bir yaradılış ilə var etdiyi açıq bir həqiqətdir.