BƏDƏNİMİZDƏKİ

ENERJİ STANSİYASI

Enerji istehsalının hər pilləsində bir çox fərqli ferment dövrəyə girər.

Olduğumuz yerdən qalxıb getməyimiz, ayaqda dayanmağımız, nəfəs almağımız, gözlərimizi açıb bağlamağımız qısacası həyatda olmağımız üçün lazım olan enerji hüceyrələrimizdəki mitoxondri deyilən stansiyalarda əmələ gəlir. Buradakı stansiya bənzətməsinin nə qədər yerində olduğu mitoxondridə reallaşan əməliyyatları araşdırdığımızda açıqca görüləcək.

Hüceyrədə enerji çıxarılmasında baş rolu oksigen oynayır. Oksigenin bir çox köməkçisi vardır. Enerji istehsalının hər pilləsində bir çox fərqli ferment dövrəyə girər. Bir pillədə vəzifəsini tamamlayan fermentlər ən şüurlu bir hərəkətlə bir sonrakı pillədə yerlərini başqalarına təhvil verərlər. Beləcə, onlarla ara əməliyyat, bu əməliyyatlarda dövrəyə girən yüzlərlə fərqli ferment və saysız kimyəvi reaksiya vasitəsiylə qidalarda yığılan enerji hüceyrənin işinə yarayacaq hala gətirilər. Bu ferment dəyişiklikləri əsnasında heç qarışıqlıq çıxmaz, sıralamada heç bir çaşqınlıq olmaz; bütün işçilər intizamlı bir qrup şəklində işlərini davam etdirərlər.

Bütün işçilər intizamlı bir qrup şəklində işlərini davam etdirərlər.

Bu halıyla millimetrin 100-də biri qədər olan hüceyrələrimizin içindəki "enerji stansiyasının" enerji emalından ya da bir hidroelektrik stansiyasından daha kompleks olduğunu söyləyə bilərik.

Bir neft zavodu, neftin nə olduğunu bilən, xam nefti laboratoriya şərtlərində analiz etmiş və bu texniki məlumatlar əsasında hərəkət edən mühəndislər tərəfindən tikilir və işlədilir. Neftin nə olduğunu bilməyən insanların bir enerji emalını inşa edə biləcəklərini fərz edə bilməyimiz isə qeyri-mümkündür.

Neft istehsalından daha çox kompleks olan canlı hüceyrəsindəki enerji istehsalı da eyni şəkildə məlumat tələb edir. Amma bir hüceyrənin öyrənmə qabiliyyətinin olduğunu qarşıya qoymaq əlbəttə ki, gülünc olacaq. O halda belə bir istehsalı hüceyrə necə reallaşdırır?

Allah millimetrin 100-də biri qədər kiçik bir sahəyə sığdırdığı bu sənət ilə bizə gücünün sərhədsizliyini göstərir.

Əlbəttə ki, heç bir hüceyrə bioloji bir funksiyanı "öyrənmə" fürsətinə sahib deyil. Əgər hüceyrə, təkamülçülərin iddia etdiyi kimi ilk ortaya çıxdığı anda belə bir funksiyanı yerinə yetirə bilmirsə, daha sonra bunun öhdəsindən gələ biləcək bacarığı əldə etməsi mümkün deyil. Çünki enerji istehsalında baş rol oynayan "oksigenin" hüceyrə üzərində korlayıcı təsiri vardır. Hüceyrə bu xüsusiyyətlərlə birlikdə ortaya çıxmaq məcburiyyətindədir. Bu vəziyyət, hüceyrələrin təsadüfən ortaya çıxmadıqlarının, bütün bunları uca Allahın bir anda yaratdığının dəlillərindən yalnız biridir.

Allah millimetrin 100-də biri qədər kiçik bir sahəyə sığdırdığı bu sənət ilə bizə gücünün sərhədsizliyini göstərir.