TƏMİRÇİ FERMENTLƏR
Xarici təsirlər nəticəsi DNT-də meydana gələcək səhvlər DNT idarə mexanizmləri tərəfindən təsbit edilib təmir edilərlər.

Xarici təsirlər nəticəsi DNT-də meydana gələcək səhvlər DNT idarə mexanizmləri tərəfindən təsbit edilib təmir edilərlər. Bu mexanizmlər DNT-dəki məlumatlar istiqamətində çıxarılmış fermentlərdən meydana gələr. Fərqli təmir mexanizmləri olsa da, təməl prinsip ziyan görən nukleotidin, ziyan görməmiş qarşı nukleotiddən alınan məlumat istiqamətində təmirini etməkdir. Bu əməliyyat ümumiyyətlə 3 mərhələdən meydana gəlir:

Ziyan görən DNT zəncirinin səhv qismi DNT nukleaz adlı ferment tərəfindən təsbit edildikdən sonra qopardılır.

1. Ziyan görən DNT zəncirinin səhv qismi DNT nukleaz adlı ferment tərəfindən təsbit edildikdən sonra qopardılır. Beləcə DNT zəncirində bir boşluq meydana gələr.

2. Bir başqa ferment olan DNT polimeraz, bir tərəfindən ziyan görən nukleotidin möhkəm hissəsindən aldığı məlumat istiqamətində boşluğa lazımlı nukleotidi yapışdırar.

3. DNT-nin təmiri tam olaraq bitməmişdir. Təmirin reallaşdığı yerdəki şəkər-fosfat zənciri üzərində bir qopuqluq meydana gəlmişdir. Bu qopuqluq DNT-liqaz fermenti tərəfindən təmir edilir.

Bir molekul, DNT zəncirində yalnış qismi necə təsbit edə bilər?

İndi yuxarıda danışılan əməliyyatları düşünək. Bunları edənlər DNT-ni tanıyan, araşdıran professorlar və ya elm adamları deyil, çox kiçik, şüursuz, məlumatsız, ağılsız molekullardır. Bunların bir daşdan və ya taxta parçasından heç bir fərqləri yoxdur, ancaq fövqəladə qabiliyyətlərlə təchiz edilmişlər. Bir molekul, DNT zəncirində yalnış qismi necə təsbit edə bilər? Bunun üçün təxminən 3 milyard hərfdən ibarət olan DNT düzümünü tam sıra ilə əzbərdən bilməsi və bu şəkildə səhv bir hərfi təsbit etməyi bilməsi lazımdır.

Ayrıca səhvi düzəltmək üçün izləməsi lazım olan ən ağıllı üsulu da bilir və qüsursuzca tətbiq edir. Bu, insanı heyranlıq içində qoyan çox əhəmiyyətli bir məlumatdır. Hər cür əskiklikdən münəzzəh olan uca Allah, kiçik molekulları belə fövqəladə qabiliyyətlərlə yaradaraq, yaradılışındakı ehtişamı sərgiləyir. Ağıl və vicdan sahibi olan insan, canlılar və bütün kainat haqqındakı məlumatlarını artırdıqca, Allahın sonsuz gücünə və əzəmətinə olan təslimiyyəti daha da artar, uca Allahı ən gözəl adlarıyla təsbih edər.