NƏTİCƏ
Hal-hazırda da, bədəninizdəki molekullar fasiləsiz fəaliyyətlərinə davam etdilər.

Siz bu saytı oxuduğunuz müddətdə və hal-hazırda da, bədəninizdəki molekullar fasiləsiz fəaliyyətlərinə davam etdilər. Bəziləri kalsium miqdarınızı ölçüb, əskik kalsiumu fərqli yollardan bitirdi, bəziləri zülal istehsalı üçün lazım olan amin turşularını toplamağa başladı, bəziləri DNT-nizi köçürtmək üçün DNT spiralını iki ayrı parçaya ayırdı, bəziləri bədəninizə girən bakteriya və viruslara qarşı döyüşərək sizi xəstəliklərə qarşı qorudu, bəziləri bədən istiliyinizi normal səviyyədə tutmaq üçün işlədi, bəziləri isə bədəninizdəki artıq maddələri yox etdi... Və saymaqla bitirə bilməyəcəyimiz qədər çox əməliyyat eyni anda reallaşdı.

Siz isə bunları nəzarət etmək, başlatmaq və ya bitirmək üçün heç bir şey etmədiniz. Yalnız kreslonuzda oturub saytı oxudunuz.

Allah insanı və bütün digər canlıları qüsursuz işləyən sistemlərlə yaratmışdır.

Bu saytda izah edilənlər Allahın sonsuz gücünü, elmini və ağlını tanıtmaları ilə birlikdə, Allahın sonsuz mərhəmət və şəfqət sahibi, Rəhman və Rəhim olduğunun da dəlillərindən yalnız bir neçəsidir. Allah insanı və bütün digər canlıları qüsursuz işləyən sistemlərlə yaratmışdır. İnsan bədənində heç bir şey əskik və ya qüsurlu buraxılmamışdır. Quranda da bildirdiyi kimi Allah "hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmiş"dir. (Furqan surəsi, 2)

Saytda verilən hər nümunədə görüldüyü kimi gözlə görülə bilməyəcək qədər kiçik molekullar bir çox xüsusiyyətə, qabiliyyətə və məsuliyyətə malikdir. Bu molekulların bunları yerinə gətirə bilmələri üçün bütün bu xüsusiyyətlərlə birlikdə yaradılmış olmaları lazımdır. Verilən nümunələrdəki sistemlər isə, şübhəsiz ki, uca Allahın varlığının, sonsuz elminin və yaratma sənətinin təcəlliləridəndir. Ən gözəl adların sahibi olan uca Allah Quranda belə buyurur:

… Rəbbim elm baxımından hər şeyi əhatə etmişdir. Yenə də öyüd alıb düşünməyəcəksinizmi? (Ənam surəsi, 80)