SİNİR HÜCEYRƏLƏRİNDƏKİ

KİMYƏVİ ÜNSİYYƏT

Kimyəvi ünsiyyətin bel sümüyünü "neyrotransmitter" olaraq adlandırılan xəbərçi molekullar meydana gətirər.

Neyronlar (sinir hüceyrələri) arasındakı əlaqə həm elektrik siqnalları, həm də kimyəvi ünsiyyət vasitəçiliyi ilə təmin edilİr. Hər iki ünsiyyət şəkli də əhəmiyyətli möcüzələr ehtiva edər. Bu hissədə kimyəvi ünsiyyətin bəzi möcüzəvi xüsusiyyətləri üzərində dayanacağıq.

Kimyəvi ünsiyyətin bel sümüyünü "neyrotransmitter" olaraq adlandırılan xəbərçi molekullar meydana gətirər. Bunlar, sinir hüceyrəsinin gövdəsində çıxarılar, akson (neyronların uzun qolları) boyu daşınar və akson terminallarında kiçik qabarcıqlar içində yığılarlar. Hər qabarcıq içində təxminən 5 min xəbərçi molekul olur. Son zamanlardakı araşdırmalar hər neyronun dəyişik kimyəvi xəbərçilər çıxardığını göstərir. Digər bir sözlə hər neyron ünsiyyətdə istifadə edəcəyi xəbərçiləri çıxaran bir kimya təsisi kimidir.

Siqnalı çatdıran neyron "verici", alan neyron isə "qəbuledici" neyron olaraq təyin oluna bilər.

Siqnalı çatdıran neyron "verici", alan neyron isə "qəbuledici" neyron olaraq təyin oluna bilər. Verici ilə qəbuledici neyron sinaps nöqtələrində qarşı-qarşıya gəlir. Aralarındakı məsafə təxmini olaraq 0.00003 millimetrdir. Elektrik siqnalı, sinir hüceyrəsinin aksonlarının sonunda iştirak edən xəbərçiləri hərəkətə keçirər. Kimyəvi xəbərçilərlə dolu qabarcıqlar hüceyrə pərdəsi ilə qaynaşar və içindəki molekulları sinir hüceyrələri arasındakı sinaps deyilən boşluğa buraxar. Xəbərçilər daşıdıqları mesajı, qəbuledici neyronun pərdəsinin üzərində iştirak edən qəbuledicilərə çatdırarlar. Hər bir xəbərçi molekulunun əlaqə qurduğu xüsusi bir qəbuledici vardır. Kimyəvi xəbərçi molekulların daşıdığı mesaj, beləcə qəbuledici neyron tərəfindən qəbul edilmiş olar.

Bunu da ifadə etmək lazımdır ki, burada ən qısa şəkildə izah edilən ünsiyyətin hər mərhələsi tam olaraq həll edilə bilməyən əməliyyatlarla doludur. Necə ki, elm adamları da bəhsi keçən ünsiyyətə bağlı məlumatlarının bulanıq olduğunu dilə gətirirlər.

Məsələn, qabarcıqların hüceyrə pərdəsiylə qaynaşmasını ələ alaq. Qaynaşma sözüylə ifadə edilən hadisə həqiqətdə xüsusi bir-birləşməni təsvir edir. Bu, çox inkişaf etmiş bir kompyuterə əlavə bir modul bağlamağa bənzəyər.

Bütün bu kompleks əməliyyatlar hər an onları yaradan və təşkil edən uca Allahın idarəsi altında reallaşır.

Bu nöqtədə ağlımıza bunlar gəlir: Bir kompyuterə bir parçanın əlavə olunması kompleks mühəndislik hesablarına əsaslanır. Əks halda parçanın kompyuterə uyğunlaşma təmin edə bilməməsi, hətta kompyuteri pozması qaçınılmazdır. Əlbəttə bir kompyuterdən daha da çox kompleks olan hüceyrə pərdəsinə uyğunlaşma təmin edəcək bir qaynaşma da təsadüfi deyil. Şübhəsiz ki, bütün bu kompleks əməliyyatlar hər an onları yaradan və təşkil edən uca Allahın idarəsi altında reallaşır.