ŞƏKƏR FABRİKİ
Pankreas hücreleri, şeker moleküllerini bulur...

Əgər ehtiyacınızdan bir az daha çox şəkərli qida yeyirsinizsə, bədəninizdəki son dərəcə təfərrüatlı və qüsursuz bir sistem qandakı şəkər nisbətinin yüksəlməsinə maneə törətmək üçün dövrəyə girər:

1- Əvvəlcə mədəaltı vəzi hüceyrələri, qan mayesinin içində olan milyonlarla molekul arasından şəkər molekullarını tapar və digərlərindən ayırd edər. Bununla bitmir, bu molekulların sayının çox yoxsa az olduqlarına qərar verər, sanki şəkər molekullarını sayar. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz kiçiklikdəki hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının nisbəti haqqında fikir sahibi olması, üzərində düşünülməli olan bir mövzudur.

İnsülin hormonu, şeker depolamaya başlayın emrini taşır

2- Əgər mədəaltı vəzi hüceyrələri qanda lazım olduğundan çox şəkər olduğunu təyin edərlərsə, bu artıq olan şəkərin yığılmasına qərar verərlər. Ancaq bu yığma işini özləri etməz, özlərindən çox uzaqda olan başqa hüceyrələrə etdirərlər.

3- Uzaqdakı bu hüceyrələr özlərinə əks bir əmr gəlmədiyi müddətcə şəkər yığmaq istəməzlər. Ancaq mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə "Şəkər yığmağa başlayın" əmrini daşıyacaq bir hormon göndərər. "İnsulin" adı verilən bu hormonun düsturu, mədəaltı vəzi hüceyrələri ilk meydana gəldikləri andan etibarən DNT-lərində yazılıdır.

Karaciğer hücreleri ise bu hormona kayıtsız şartsız itaat ederler...

4- mədəaltı vəzi hüceyrələrindəki xüsusi "fermentlər" (işçi zülallar) bu düsturu oxuyarlar. Oxunan düstura görə də, insulin adlı hormonu çıxararlar. Bu istehsalda hər biri fərqli vəzifələrdə yüzlərlə ferment işləyər.

5- Çıxarılan insilin hormonu, ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yoluyla hədəf hüceyrələrə çatdırılar. Bu hədəf hüceyrələrdən biri qaraciyər hüceyrələridir.

6- İnsulin hormonunda yazılı olan "şəkər yığın" əmrini oxuyan qaraciyər hüceyrələri isə bu əmrə mütləq itaət edərlər. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edəcək qapılar açılar.

Karaciğer hücreleri, kendilerine ulaşan emre hiçbir zaman itaatsizlik etmez.

7- Ancaq bu qapılar təsadüfi açılmaz. Qaraciyərdəki anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını ayırd edər, tutar və öz içlərinə həbs edərlər.

8- Qaraciyər hüceyrələri gələn əmrə heç bir zaman itaətsizlik etməzlər. Bu əmri səhv anlamaz, yanlış maddələri tutmağa, lazımından çox şəkər yığmağa çalışmaz. Böyük bir intizam və fədakarlıq ilə işləyər.

Beləcə siz çox şəkərli bir çay içdiyinizdə, bu fövqəladə sistem dövrəyə girər və artıq olan şəkəri bədəninizdə yığarlar. Əgər bu sistem işləməsəydi, o zaman şəkər sürətlə yüksələr və adamın komaya girərək ölməsinə səbəb olardı. Bu o qədər mükəmməl bir sistemdir ki, lazım olduğu zaman tərsinə də işləyə bilir. Əgər qandakı şəkər normasından aşağı düşsə, bu səfər mədəaltı vəzi hüceyrələri tam fərqli bir hormon olan "qlukaqonu" çıxararlar. Qlukaqon daha əvvəl şəkər yığan hüceyrələrə bu səfər "Qana şəkər qarışdırın" əmrini daşıyar. Bu əmrə itaət edən hüceyrələr yığdıqları şəkəri geri buraxarlar.

Şuursuz moleküllerin sergiledikleri bu büyük bilincin kaynağı nedir?

Necə olar ki, bir beyinə, sinir sisteminə, gözə, qulağa sahib olmayan hüceyrələr, bu cür böyük hesabları və işləri qüsursuz şəkildə bacarırlar? Zülalların və yağ molekullarının yan-yana gəlməsiylə yaranan bu şüursuz varlıqlar, necə olur ki insanların belə edə bilməyəcəkləri qədər böyük işlər edə bilirlər? Şüursuz molekulların sərgilədikləri bu böyük şüurun qaynağı nədir? Əlbəttə, bu hadisələr, bizlərə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərən saysız dəlildən yalnız bir neçəsidir. Allah ayələrində belə buyurur:

 

Şübhəsiz, yerdə və göydə Allaha heç bir şey gizli qalmaz. Döl yataqlarında sizə dilədiyi kimi surət verən Odur. Ondan başqa İlah yoxdur; üstün və güclü olandır, hökm və hikmət sahibidir. (Ali-İmran surəsi, 5-6)