MÜDAFİƏ ETMƏ SİSTEMİ
İlk müdaxilə müdafiə etmə sisteminin zibil yığan hüceyrələri olan faqositlərdən gəlir.

Bədənimizi bakteriya və virus kimi düşmənlərə qarşı qoruyan müdafiə etmə sistemi eyni intizamlı bir ordu kimi hərəkət edər. Müdafiə etmə sistemimizin düşmənlərinə qarşı döyüşü üç əhəmiyyətli hissədən meydana gəlir.

1- Düşmənin müəyyən edilməsi; ilk müdaxilə.

2- Ordunun müdaxiləsi; qızğın döyüş.

3- Sakit vəziyyətə qayıtma.

Müdafiə etmə sisteminin döyüşə başlamadan əvvəl mütləq düşməni yaxşı tanıması, ətraflı bir kəşfiyyat əldə etməsi lazımdır. Çünki hər döyüş, düşmənə görə dəyişən fərqliliklər göstərər. Hətta bu kəşfiyyat lazım olduğu kimi aparılmazsa, müdafiə etmə sistemimiz səhvən öz hüceyrələrimizə hücum edə bilər.

İlk müdaxilə müdafiə etmə sisteminin zibil yığan hüceyrələri olan faqositlərdən gəlir. Faqositlər düşmənə qarşı döyüşərlər. Bir mənada düşmənlə ilk fiziki təması təmin edən piyada birlikləri kimidirlər.

Makrofaj hüceyrəsi bir virusu tutub udduqda, virusun xüsusi bir hissəsini qopardır.

Bəzən faqositlər düşmənin yayılma sürətinə çata bilməzlər. Bu vəziyyətdə dövrəyə makrofajlar girər. Makrofajları da düşmənin içinə daxil olan süvarilərə bənzədə bilərik. Eyni zamanda makrofajlar, ifraz etdikləri xüsusi bir zülal sayəsində bədəndə ümumi həyəcan verilməsini, yəni bədən istiliyinin yüksəlməsini təmin edərlər.

Ancaq makrofajların çox əhəmiyyətli bir xüsusiyyətləri vardır. Makrofaj hüceyrəsi bir virusu tutub udduqda, virusun xüsusi bir hissəsini qopardır. Bu parçanı bir bayraq kimi üzərində daşıyar. Bu parça müdafiə etmə sisteminin digər işçiləri üçün bir işarə, eyni zamanda da bir kəşfiyyatdır.

Düşməni, makrofajdan aldıqları kəşfiyyat vasitəsiylə tanıyan köməkçi-T hüceyrələrinin ilk işi öldürücü T hüceyrələrinə xəbər vermək və onları çoxalmaları üçün xəbərdar etməkdir. Xəbərdar edilən öldürücü T hüceyrələri qısa müddətdə bir ordu halına gəlirlər. Köməkçi T hüceyrələri yalnız öldürücü T hüceyrələrini xəbərdar etməklə qalmazlar. Həm hadisə yerinə daha çox faqositin gəlməsini təmin edərlər, həm də düşmənlə əlaqədar yığdıqları məlumatları dalaq və linfa vəzilərinə çatdırarlar.

Linfa vəzilərinə çatıldığında daşınan bu məlumat sayəsində vəzifə sıralarını gözləyən B hüceyrələri hərəkətə keçirilər. (B hüceyrələri sümük iliyində çıxarıldıqdan sonra vəzifələrini gözləmək üçün linfa vəzilərinə gedərlər.)

Zəfər qazanıldıqdan sonra təzyiq göstərici T hüceyrələri döyüşü dayandırarlar.

Hərəkətə keçən B hüceyrələri bəzi mərhələlərdən keçərlər. Xəbərdar edilən hər bir B hüceyrəsi eyni tipdə minlərlə hüceyrə yaranana qədər çoxalmağa başlar. Döyüşə hazır olan B hüceyrələri bölünər və dəyişərək plazma hüceyrələri halına gəlirlər. Plazma hüceyrələri də anti-cisimləri ifraz edərlər. İfraz olunan anticisimlər düşmənlə döyüşərkən istifadə ediləcək bir silahdırlar. B hüceyrələri saniyədə minlərlə silah (anticisim) çıxara bilirlər. Çıxarılan bu silahlar olduqca rahatdır. Əvvəl düşmənə bağlanacaq, sonra da düşmənin (antigenin) bioloji quruluşunu pozacaq xüsusiyyətdədirlər.

Əgər virus hüceyrənin içinə girsə, anticisimlər virusu tuta bilməzlər. Bu səfər dövrəyə yenə öldürücü T hüceyrəsi girər və MHC molekulları vasitəsiylə hüceyrənin içindəki virusları müəyyən edər və hüceyrəni öldürərlər.

Lakin virus öldürücü T hüceyrələrinin belə fərq edə bilməyəcəyi şəkildə kamuflyaj olarsa, bu səfər dövrəyə NK olaraq adlandırılan "təbii qatil hüceyrələr" (naturel killer cells) girərlər. Bu hüceyrələr digər hüceyrələrin fərq edə bilmədikləri, içlərində virus olan hüceyrələri korlayarlar. Zəfər qazanıldıqdan sonra təzyiq göstərici T hüceyrələri döyüşü dayandırarlar.

Döyüş bitmişdir; amma əsla unudulmayacaq. Yaddaş hüceyrələri artıq düşməni yaddaşına saxlamışdır. İllərlə bədəndə qalan bu hüceyrələr eyni düşmənlə təkrar qarşılaşıldığında müdafiə etmənin çox sürətli və təsirli olmasını təmin edərlər.

Müdafiə etmə sistemimiz də kainatdakı hər şey kimi öz yaradılışına uyğun hərəkət edir.

Bu döyüşün qəhrəmanları hərbi təhsildən keçməmişdir, ağıl sahibi insanlar deyil və milyonlar bir yerə gələndə bir nöqtənin içini doldurmayacaq qədər kiçik olan hüceyrələrdir.

Həmçinin heyranlıq oyandıran xüsusiyyətlərə sahib olan bu ordu, yalnız döyüşməklə qalmaz. Döyüşərkən istifadə edəcəyi bütün silahları özü çıxarar, bütün döyüş planlarını, strategiyalarını özü nizamlayar və döyüşdən sonra ortalığı təmizləyər.

Əlbəttə ki, müdafiə etmə sistemimiz də kainatdakı hər şey kimi öz yaradılışına uyğun hərəkət edir: Uca Allah Quranda bu şəkildə bildirir:

Və 'öz yaradılışına uyğun' Rəbbinə boyun əydiyi zaman; (İnşiqaq surəsi, 2)