BƏDƏN İSTİLİYİ NİZAMLAYAN

MÖCÜZƏ MOLEKUL

Bədənin istilik qaynağı, insan bədənindəki 100 trilyon hüceyrədir.

Hər insanın normal bədən istiliyi 36.5-37 dərəcədir. Bədəninizin istilik qaynağının nə olduğunu və bu istiliyi nəyin daim sabit tutduğunu heç düşündünüzmü? Evləri isitmək üçün ümumiyyətlə qızdırıcı sistemi istifadə edilir. Bu sistemin bir də, istiliyin dərəcəsini nizamlayan termostatı olur. Ev sahibi termostatı istədiyi dərəcəyə gətirərək evin qızdırılmasını təmin edər. Yaxşı, insan bədənindəki qızdırıcı sistemi nədir və termostat necə nizamlanır?

Bədənin istilik qaynağı, insan bədənindəki 100 trilyon hüceyrədir. Hüceyrələrin fəaliyyəti əsnasında müəyyən bir istilik ortaya çıxar və bu istilik bədənin isitməsinə səbəb olar. Məhz bu mikro qızdırıcıların hər birinin nə qədər istilik verməsi lazım olduğunu təşkil edən, yəni bədənimizdəki termostatı Allahın ilhamı ilə nizamlayan isə, kiçik bir molekul olan tiroksin hormonudur.

Hüceyrənin işləyərkən müəyyən bir istilik yayması, 100 trilyon hüceyrənin yaydığı istiliyin cəminin insan həyatı üçün tam lazım olduğu qədər olması böyük bir möcüzədir. Tiroksin molekullarının hüceyrənin nə qədər istilik yayması lazım olduğunu və bu istiliyin necə artırılacağını bilmiş olmaları bir yaradılış möcüzəsidir.

Tiroksin hormonunun ifraz olunması da ayrı bir yaradılış möcüzəsidir.

Tiroksin hormonunun ifraz olunması da ayrı bir yaradılış möcüzəsidir. Tiroksin hormonuna ehtiyac duyulduğu anda hormonal sistemin beyni hipotalamus, hormonal sistemin orkestr şefi olan hipofiz vəzisinə bir əmr (TSH-Tiroid ifraz etmə Hormonu) göndərər. Əmri alan hipofiz vəzi, tiroid vəzisinin hərəkətə keçməsi lazım olduğunu anlayar. O da dərhal tiroid vəzisinə bir əmr (Tirotropin- Tiroid vəzisini hərəkətə keçirici hormon) göndərər. Əmr zəncirinin son halqası olan tiroid vəzisi də özünə çatan bu əmr istiqamətində dərhal tiroksin hormonu çıxarar və qan yoluyla bunu bütün bədənə paylayar.

Tiroksin hormonunun tək vəzifəsi deyil, ifraz olunma miqdarı da son dərəcə əhəmiyyətlidir. Yaxşı, bəs bu molekulun ifraz olunma miqdarı necə təyin olunur? Necə olur ki, bu hormon -xəstəlik halları xaricində- ehtiyacdan çox ya da az ifraz olunmaz?

Tiroksin hormonunun ifraz olunma miqdarı da Allahın sonsuz elmi ilə yaratdığı xüsusi bir sistem sayəsində təyin olunur. Bu sistem iki ayrı ölçüm və geri-bəsləmə mexanizmindən meydana gəlmişdir. Bu mexanizmlərin hər biri bənzərsiz bir mühəndislik nümunəsidir.

TSH hormonunun vəzifəsi, hipofiz vəzisini hərəkətə keçirməkdir.

Qanda olan tiroksin miqdarı normadan artıq çoxalanda tiroksin hormonu hipofiz vəzisi üzərində çox maraqlı bir təsir meydana gətirər: Hipofiz vəzisinin TSH, yəni tiroid ifraz etmə hormonuna qarşı göstərdiyi həssaslığı azaldar.

Əgər bir az diqqətli düşünülsə, ortada möcüzə bir quruluşun olduğu görüləcək. Çünki TSH hormonunun vəzifəsi, hipofiz vəzisini hərəkətə keçirmək və tiroid vəzisinə bir əmr göndərməsini təmin etməkdir. Bu əmr, tiroksin hormonunun çıxarılması üçün qurulmuş əmr zəncirinin ikinci halqasını meydana gətirər.

Sistem elə təfərrüatlı bir şəkildə planlanmışdır ki, artan tiroksin özünü çıxaran qaynağın daha çox istehsal etməməsi üçün çox ağıllı bir tədbir görür və öz istehsalı üçün qurulmuş olan əmr zəncirini kəsir. Beləcə qanda olan tiroksinin normadan artıq çoxalmasıyla birlikdə tiroksin istehsalı avtomatik olaraq yavaşlaya bilir.

Tiroksin hormonunun istehsal miqdarını təyin edən ikinci bir sistem yenə vardır. Artan tiroksin, hipotalamus hüceyrələrinə təsir edər. Bu hüceyrələr də TSH istehsalını azaldarlar. Beləcə tiroksin istehsalı yavaşlayar.

Allahın elmi hər yeri qucaqlayıb əhatə etmişdir.

Qanda olan tiroksin miqdarı azaldığı zaman bu sistem tam tərs istiqamətdə işləyər. Tiroksin hormonunun miqdarının azaldığını fərq edən hipotalamus daha çox TSH hormonu çıxarar. Bu da tiroksin hormonunun istehsalını artırar. Bu vəziyyətdə bu sualları soruşmağımız lazımdır; tiroksin hormonu istehsalın dayanması üçün əmr zəncirinin dayandırılması lazım olduğunu haradan bilir? Hipotalamusda olan hüceyrələr, tiroksin artdığı zaman hormon ifraz etməyi dayandırmaları lazım olduğunu, tiroksin azaldığı zaman hormon ifraz etməyi artırmaları lazım olduğunu haradan bilirlər? Bu qüsursuz sistem necə var olmuşdur?

Bu cür incə planlanmış bir sistemin təsadüfən meydana gəldiyini düşünmək, bir kompyuterin ya da televizorun təsadüfən meydana gəldiyini düşünməkdən çox daha ağılsız bir iddia olar. Çünki bu sistemin işləyə bilməsi üçün hal-hazırda burada təfərrüatları izah edilməyən, ancaq molekulyar ölçüdə reallaşan xüsusi planlanmış yüzlərlə incəlik var. Bu sistemi yaradanın üstün bir ağıl və güc sahibi olan uca Allah olduğu çox açıq bir həqiqətdir. Allahın elmi hər yeri qucaqlayıb əhatə etmişdir:

...Rəbbim, elm baxımından hər şeyi əhatə etmişdir. Yenə də öyüd alıb düşünməyəcəksinizmi?" (Ənam surəsi, 80)