MESAJÇI HORMONUN

HÜCEYRƏ İÇİNDƏKİ SƏFƏRİ

Xəbərçi molekul hüceyrəyə çatdığı zaman hüceyrə pərdəsində olan antenaya bağlanar.

Hər hansı bir orqan bir zülal çıxarılmasını istədiyi zaman hüceyrələrə mesaj göndərər. Xəbərçi molekul hüceyrəyə çatdığı zaman hüceyrə pərdəsində olan antenaya bağlanar. Bu bağlanma əsnasında daşıdığı mesajı antenaya köçürər. Antena da aldığı mesajı hüceyrənin iç hissəsində olan quyruğuna çatdırar. Bunun üzərinə başlanğıcda tək başına dayanan antenalar ikili qruplar halında bir yerə gələrlər. Gövdə hissəsindəki fermentlərin quyruq hissəsinə fosfat əlavə etmələriylə quyruq hissəsinin şəkli dəyişər. Bu əməliyyata "fosforilasion" adı verilir. Bütün bu əməliyyatlar hüceyrə içində olan xəbərləşmə modulu olaraq məlum zülallara bir çağırış xüsusiyyətindədir.

Bu sistemə bir çox molekul və zülal da texniki dəstək təmin edir.

Bu sistemə bir çox molekul və zülal da texniki dəstək təmin edir. Məsələn, QTF adlı molekulların və qısaca "Q" olaraq adlandırılan zülalların da bu mərhələdə əhəmiyyətli təsiri olur. Sistemin işləməsi üçün bir çox faktorun doğru anda dövrəyə girməsi lazımdır.

Bəzi kompleks əməliyyatların nəticəsində, SH2 adlı xəbərləşmə modulu hərəkətə keçərək tirozin kinaz antenası ilə əlaqə qurar və mesajın hüceyrə içindəki mesajı bu şəkildə başlayar.

Burada ilk mərhələsi ümumiyyətlə izah edilən bu xəbərləşmə sisteminin hüceyrə içində özbaşına meydana gəlmədiyi, hüceyrəni meydana gətirən şüursuz atomların da belə bir sistemi ağıl edə bilməyəcəkləri açıq bir həqiqətdir. Bu mükəmməl sistemi yoxdan var edən uca Allahdır. Allah bütün canlılara etmələri lazım olanı ilham edən və onları hər an idarə altında tutandır.