BƏDƏNİ QORUMAQLA VƏZİFƏLİ

KOMPLEMENT ZÜLALLARI

Komplement zülalları bədəndəki "hər hüceyrəyə" hücum etməyə proqramlaşdırılmışdır.

Bədəndə, bədəni hər an qoruyan bir sistem var. Bu sistemin bir parçası olan komplement zülalları bədəndəki "hər hüceyrəyə" hücum etməyə proqramlaşdırılmışdır. Bu həqiqətən də qarışıqlıq oyandırıcıdır. Bədəni müdafiə etmək üçün var olmalarına baxmayaraq, bədəni meydana gətirən bütün hüceyrələri düşmən görərlər. Komplement zülalları qaraciyərdə çıxarılır və dövran sisteminə oradan qatılırlar. Normal şərtlərdə qanın içində təsadüfi və təsirsiz şəkildə gəzən hüceyrələrdir. Ancaq xəbərdar edildiklərində, birdən gördükləri bütün hüceyrələri yox etmə qərarı alarlar. Aldıqları bu xəbərdarlıq tək bir komplement zülalı kanalı ilə bədəndəki sistemin hər yerinə yayılar. Xəbərdarlıq ilə bədəndə dost, düşmən arasında fərq qoymazlar.

Ancaq bədənə aid zərərsiz hüceyrələr, komplement zülallarına qarşı müdafiə edə biləcək şəkildə yaradılmışlar. Komplement zülalları bədənə aid hüceyrələrə dəyər-dəyməz, bu hüceyrələr zülalları təsirsiz hala gətirər. Bədənə girmiş xarici orqanizmlər isə heç gözləmədikləri bu cangüdənlərin mütləq hücumuna uğrayacaqlar.

Komplement zülallarından biri xarici orqanizmə bağlandığında şəkil dəyişikliyinə uğrayar.

Komplement zülallarından biri xarici orqanizmə bağlandığında şəkil dəyişikliyinə uğrayar. Bunu, komplement zülallarından digərinin bakteriyaya bağlanması izləyər. Daha sonra, komplement sistemə aid digər zülallar da bakteriyaya tək-tək bağlanarlar və komplement ovçuları, zəbt edən bakteriyanın səthini qucaqlamış olar. Komplement sisteminin son işçisi isə hüceyrə pərdəsinə hücum etməklə məsuldur. Bu zülal, müdafiəsiz qalmış bakteriyanın tək qoruması olan hüceyrə pərdəsində bir dəlik açar. Hücum sonrasında bakteriya, içinə su alaraq partlayar. Bəzən də komplement zülalları başqa bir üsul istifadə edərlər. Düşmənlərini incə bir pərdəylə örtər və bu şəkildə onları digər yeyici hüceyrələr üçün işarələyərlər.

Bu tədbirləri şüursuz bir hüceyrənin ala biləcəyini iddia etmək ağıl xaricidir.

Bütün bunlar bədənə girən xarici bakteriyanın da, bədən içində onunla döyüşən molekulların da tək Yaradıcı olan Rəbbimizin əsəri olduğunu göstərir. Bakteriyalar, necə bir təhlükəylə qarşılaşacaqlarının fərqindədirlər. Bədən hüceyrələri isə, bədənə girəcək bakteriyaya qarşı, hələ onu tanımadan tədbir inkişaf etdirmişlər. Bu tədbirləri şüursuz bir hüceyrənin ala biləcəyini iddia etmək ağıl xaricidir. Bu sistemi yaradan, bütün kainatın sahibi və hakimi olan Allahdır. Rəbbimiz ayələrdə belə buyurur:

De ki: İnsanların Rəbbinə sığınıram. İnsanların malikinə, İnsanların (gerçək) İlahına. (Nas surəsi, 1-3)