QANIN LAXTALANMASI
Qan doğru yerdə, doğru vaxtda laxtalanmalı və şərtlər normala döndüyündə laxta ortadan qalxmalıdır.

Bir yeriniz kəsildiyində ya da köhnə bir yaranız qanadığında, bir müddətdən sonra qanamanın dayanacağını bilirsiniz. Qanayan yerdə bir laxta meydana gələcək, bu laxta sonra sərtləşəcək və yara yaxşılaşacaq. Bu sizin üçün asan görünən adi bir vəziyyət ola bilər. Halbuki, biokimyaçılar apardıqları araşdırmalarla bunun olduqca kompleks bir sistemin işləyişinin nəticəsi olduğunu ortaya çıxardılar.Bu sistemin parçalarından hər hansı birinin azalması və ya zərər görməsi sistemi işləməz hala gətirəcəkdir.

Qan doğru yerdə, doğru vaxtda laxtalanmalı və şərtlər normala döndüyündə laxta ortadan qalxmalıdır. Sistem ən kiçik incəliyə çatana qədər qüsursuz bir şəkildə işləməlidir.

Əgər bir qanama mümkün isə, canlının qan itkisindən ölməməsi üçün laxtanın dərhal meydana gəlməsi lazımdır.

Həmçinin, laxtanın yaranın üzərində boylu boyunca meydana gəlməsi və ən əhəmiyyətlisi də yalnız yaranın üzərində qalması lazımlıdır. Yoxsa bütün qanın laxtalanmasına və canlının ölümünə səbəb olacaq. Bu səbəblə qanın laxtalanması möhkəm bir yoxlama altında tutulmalı və laxta doğru zamanda doğru yerdə meydana gəlməlidir.

Qan laxtalanmasını təmin edən bir başqa zülal da trombindir.

Sümük iliyi hüceyrələrinin ən kiçik nümayəndəsi olan qan plakçıkları ya da trombositlər həyati bir xüsusiyyətə malikdir. Bu hüceyrələr qanın laxtalanmasındakı əsas ünsürdür. Von Willebrand faktoru adlı bir zülal, qanda gəzən trombositlərin qəza yerini keçməmələrini təmin edər. Qəza yerində ilişib qalan trombositlər, o anda digər trombositləri də hadisə yerinə gətirən bir maddə ifraz edər. Bu hüceyrələr sonra birlikdə açıq yaranı bağlayar. Trombositlər vəzifələrini yerinə yetirdikdən sonra ölər. Onların özlərini fəda etmələri, qan laxtalanma sisteminin yalnız bir parçasıdır.

Qan laxtalanmasını təmin edən bir başqa zülal da trombindir. Bu maddə yalnız açıq bir yaranın olduğu yerlərdə çıxarılar. Bu istehsal nə az, nə də çox olmalıdır. Üstəlik istehsal tam vaxtında edilməli və yenə tam zamanında dayandırılmalıdır. Bu ana qədər trombin istehsalında rol alan və hamısı "ferment" olaraq adlandırılan iyirmidən çox bədən kimyəvisi təyin olunmuşdur. Bu fermentlər öz istehsallarını dayandıra və başlada bilir. Müddət elə bir yoxlama altındadır ki, trombin ancaq tam bir toxuma yaralanması olduğunda meydana gələr. Bədəndə laxtalanma üçün lazımlı olan bütün fermentlər kafi miqdara çatar-çatmaz, struktur maddəsi zülal olan uzun iplikciklər yaradılar. Bu iplikciklərin adı fibrinogendir. Qısa zamanda fibrinogen iplikciklərindən bir şəbəkə yaradılar. Bu şəbəkə qanın çölə axışının olduğu yerdə qurular. Digər tərəfdən isə qandakı trombositlər bu şəbəkəyə ilişərək yığılar. Bu təcrübə sıxlaşdıqca bir tıxac vəzifəsi görərək qanamanın dayanmasını təmin edəcək. Laxta dediyimiz şey də, bu yığılmaqla yaranan tıxacdır.

Yara tamamilə yaxşılaşdıqda isə qan laxtası həll edilər.

Sistem ən kiçik incəliyinə qədər qüsursuz bir şəkildə işləyər.

Bir qan laxtasının meydana gəlməsi, laxtanın sərhədlərinin təyin olunması, yaranan laxtanın gücləndirilməsi və ya ortadan qaldırılmasını təmin edən sistem sadələşdirilə bilməz kompleksə malikdir. Qanın laxtalanması, bir parçanın digər bir parçanı hərəkətə keçirməsi şəklində ortaya çıxan bir hadisələr zənciridir.

Sistem ən kiçik incəliyinə qədər qüsursuz bir şəkildə işləyər.

Yaxşı, əgər bu mükəmməl işləyən sistemdə ən kiçik bir axsaqlıq olsaydı nə olardı? Məsələn, yara olmadığı halda qanda laxtalanma olsaydı? Ya da yaranın ətrafında yaranan laxta yerindən rahatlıqla ayrılsaydı? Bu sualların tək bir cavabı vardır: Belə bir vəziyyətdə ürək, ağciyər və ya beyin kimi həyati orqanlara gedən yollar laxta tıxaclarıyla tıxanardı. Bu isə qaçınılmaz olaraq ölümlə nəticələnərdi.

Bu həqiqət də bizlərə bir daha göstərir ki, insan bədəni qüsursuzca yaradılmışdır. Yalnız qanın laxtalanma sisteminin belə təsadüflərlə və təkamül nəzəriyyəsinin iddia etdiyi saxta "pilləli inkişaf" fərziyyəsiylə açıqlanması qeyri-mümkündür. Hər təfərrüatı ayrı bir plan və hesab olan bu sistem, yaradılışın mükəmməlliyini gözlər önünə sərir. Bizi yaradıb bu dünyaya yerləşdirən uca Allah, həyatımız boyunca qarşılaşacağımız kiçik, böyük hər cür yaralanmağa qarşı bədənimizi bu sistemlə birlikdə yaratmışdır.

Bizim tək bir sistemini, hətta tək bir hüceyrəsini belə çıxarmaqdan aciz olduğumuz bu bədən, uca Allahın bizlərə bir lütfüdür.

Həmçinin ifadə edilməlidir ki; qanın laxtalanması, yalnız gözlə görülən yaralar üçün deyil, bədənimizdə hər gün davamlı reallaşan tükcük damar parçalanmalarının təmiri üçün də çox əhəmiyyətlidir. Siz hiss etməsəniz də gün boyunca davamlı kiçik iç qanamalar keçirirsiniz. Qolunuzu qapının kənarına çarpdığınızda ya da bir kresloya sərt şəkildə oturduğunuzda, yüzlərlə kiçik tükcük damarınız parçalanar. Bu parçalanma nəticəsində yaranan iç qanama, laxtalanma sistemi sayəsində dərhal dayandırılar, daha sonra da bədən eyni tükcük damarları yenidən tikər. Əgər zərbə bir az şiddətlidirsə, laxtalanmadan əvvəl iç qanama da bir az daha şiddətli olar və buna görə zərbə aldığınız yerdə bir "göyərmə" meydana gələr. Qandakı bu laxtalanma sistemindən məhrum olan bir insanın, həyatı boyunca ən kiçik bir zərbədən belə qorunması və sanki pambıq içində yaşadılması lazım olacaq.

Necə ki, qanlarındakı laxtalanma sistemi qüsurlu olan "hemofili" xəstələri, bu şəkildə ömür sürərlər. Ancaq hemofili xəstələri ümumiyyətlə çox uzun yaşaya bilməzlər. Yolda gedərkən yıxılmalarıyla yaranan bir iç qanama belə, həyatlarını sona çatdırmaq üçün kifayətdir. Bu həqiqət qarşısında hər insanın öz bədənindəki yaradılış möcüzəsi üzərində düşünməsi və bu bədəni qüsursuz şəkildə yaratmış olan Allaha şükür edici olması lazımdır. Bizim tək bir sistemini, hətta tək bir hüceyrəsini belə çıxarmaqdan aciz olduğumuz bu bədən, uca Allahın bizlərə bir lütfüdür. Rəbbimiz bir Quran ayəsində belə buyurur:

"Sizləri Biz yaratdıq, yenə də təsdiq etməyəcək sinizmi?" (Vaqiə surəsi, 57)