QANDAKI MAYE NİSBƏTİNİ YOXLAYAN NƏZARƏTÇİLƏR
İnsan bədənindəki su miqdarı son dərəcə əhəmiyyətlidir.

İnsan bədənindəki su miqdarı çox əhəmiyyətlidir. Suyun müəyyən bir səviyyədən aşağı düşməsi və ya bədəndə gərəyindən çox su yığılması insan həyatı üçün təhlükəli nəticələr doğurur. Yaxşı, siz bədəniniz üçün ən ideal su miqdarının nə qədər olduğunu bilirsinizmi? Hər an bədəninizdəki su nisbətini müəyyən edib, lazımlı miqdarı təmin edə biləcək tədbirləri ala bilirsinizmi? Əlbəttə ki, xeyr. Bəlkə də bu sətirləri oxuyana qədər bu mövzu haqqında heç düşünmədiniz belə. Çünki bədəninizdə bu əhəmiyyətli vəzifəni sizin üçün qüsursuz yerinə yetirən fövqəladə bir sistem var. Bu sistemin incəlikləri insanı heyran edən bir çox yaradılış möcüzəsi ehtiva edir. İndi bu sistemi araşdıraq:

Beyindəki hipotalamus hüceyrələrinin pərdələrində alıcılar var.

Beyindəki hipotalamus hüceyrələrinin pərdələrində alıcılar var. Bu alıcılar qandakı maye miqdarını ölçməklə vəzifəlidirlər. Diqqət yetirilsə, qandakı maye miqdarını ölçənlər, laborant və ya həkimlər deyil, gözlə də görə bilmədiyimiz qədər kiçik olan hüceyrənin incə pərdəsindəki çox kiçik alıcılardır. Bu alıcıların boynuna götürdükləri vəzifənin nə qədər böyük bir məlumat, qabiliyyət və texnika tələb etdiyini anlamaq üçün belə bir müqayisə edək: Bir insanın qarşısına bir şüşə qan qoyulduğunda, bu qanın içindəki maye nisbətini söyləyə bilməz. Belə bir hesabı edə bilmək üçün mövzu haqqında mütəxəssis məlumatına sahib olması lazımdır. Bu da kafi deyil. Həmçinin lazımlı hesabı apara biləcəyi bir laboratoriyaya və təchizata ehtiyacı vardır. Halbuki, hüceyrə pərdəsindəki alıcılar, heç bir məlumatları olmadan, heç bir təchizat da istifadə etmədən bu hesabı insan yaşadığı müddətcə qüsursuzca edərlər.

Alıcılar ən ideal maye nisbətini da bilərək, lazım olsa həyəcan vəziyyətinə keçərlər.

Bu kiçik alıcıların məsuliyyətləri bununla bitmir. Əgər qandakı maye nisbətinin olması lazım olan səviyyədən aşağı düşdüyünü müəyyən etsələr, dərhal bunun üçün lazımlı tədbir alarlar. Bu fövqəladə bir vəziyyətdir. Həmçinin, alıcılar yalnız maye nisbətini müəyyən etməklə qalmazlar, ən ideal maye nisbətini də bilərək, lazım olsa həyəcan vəziyyətinə də keçərlər. Həyəcan vəziyyətinə keçən alıcı, dərhal beynin arxa qismindəki hipofiz vəzisinə mesaj göndərir.

Burada əhəmiyyətli suallar var. Bu alıcılar hipofiz vəzisinin yerini və varlığını necə bilirlər? Həmçinin, həyəcan vəziyyətində olarkən özlərinə kömək edən hipofiz vəzisindən gələcəyini necə öyrəniblər? Şübhəsiz bu sualların cavabı uca Rəbbimizin ilhamıdır. Sonsuz qüdrət sahibi olan uca Allah yaratdığı hər canlıya olduğu kimi bu alıcılara da ən qüsursuz elmlə vəzifələrini ilham edir.

Vazopressin hormonunun molekulyar quruluşu

Hipofiz vəzi, mesajı alar-almaz dərhal özündə yığılmış olan vazopressin adlı hormonu qan dövranına daha çox miqdarda buraxmağa başlayar. Ancaq burada düşünülməsi lazım olan bir nöqtə vardır: Hipofiz vəzisinin aldığı mesaj necə mesajdır? Başqa bir orqandan gələn bir mesajı hipofiz vəzi necə anlaya bilər və mesajı necə qiymətləndirərək dərhal hərəkətə keçə bilər? Bunlar fövqəladə və şükrə vəsilə olması lazım olan möcüzələrdir.

Hipofiz vəzisinin qan dövranına buraxdığı vazopressin isə hipotalamustakı hüceyrələr tərəfindən çıxarılan bir hormondur. Bir azdan araşdıracağımız çox əhəmiyyətli vəzifələri olan bu hormonun düsturunu, hipotalamustakı hüceyrələr haradan bilirlər?

Vazopressin hormonun düsturu DNT-də şifrələnmişdir.

Bu hormonun düsturu DNT-də şifrələnmişdir. Əlbəttə ki, bunlar uca Allahın möcüzəvi yaradış dəlillərindən yalnız biridir. Həmçinin, xatırlatmaq lazımdır ki, insan bədənindəki bütün hüceyrələrin nüvəsindəki DNT-lərdə vazopressin hormonuna aid şifrələr var. Ancaq bu şifrəni nə qaraciyər hüceyrələri, nə mədə, nə də əzələ hüceyrələri istifadə etmir, yalnız hipotalamus hüceyrələri istifadə edərək bu hormonu çıxarırlar. Bu paylama necə aparılmışdı? Digər hüceyrələrdə bu şifrəni istifadə etmələrinə maneə törədən nədir? Vazopressin hormonu ilə əlaqədar möcüzələr bunlarla da məhdudlaşmır. Vazopressin hormonu çıxarıldıqdan sonra başqa bir zülalın içinə qablaşdırılaraq hipofiz vəzisinə köçürülür və zamanı gəldiyində istifadə edilmək üçün burada yığılır. Kiçik bir hüceyrə içində, xəyal belə edilə bilməyəcək qədər kiçik strukturlar son dərəcə qüsursuz təfərrüatlarla təşkil edilmiş bir fabrikin fərqli vahidləri kimi işləyirlər.

Qan dövranına buraxılan vazopressin hormonları dərhal böyrəyə çatarlar.

Mesaj gəldikdən sonra hipofiz vəzisindəki anbardan qan dövranına buraxılan vazopressin hormonları dərhal böyrəyə çatarlar. Bu vaxt xatırlatmaq lazımdır ki, vazopressin hormonları beyindəki hipofiz vəzisindən yola çıxmışlar və böyrəklərə çatana qədər bir çox orqanın yanından keçərlər, ancaq bu hormonlar sanki hara gedəcəklərini, yollarını və məqsədlərini bilirlərmiş kimi, əsla itmədən və ya başqa bir orqana getmədən düz böyrəklərə çatarlar. Böyrəklərə getmələrinə dair əmri necə alır və haqqında danışılan şüursuz molekullar necə olur da bu əmri anlayaraq yollarını tapa bilirlər?

Vazopressin hormonunun vəsilə olması ilə sidik miqdarı azaldılmış və bədənə su qazandırılmış olur.

Böyrəyə çatan vazopressin hormonları, böyrəkdəki milyonlarla mikro kanalcığın ətrafında olan alıcılara kilidlənərlər. Bu alıcılar, vazopressin üçün xüsusi olaraq yaradılmışlar və açarın kilidə uyğun gəlməsi kimi bir-birlərinə uyğundurlar. Bu uyğunluq necə təmin edilmişdir? Hər hansı bir insan əgər işinin ustası deyilsə, bir-birinə tam olaraq uyğun gələn iki fərqli şəkli meydana gətirməkdə çətinlik çəkər. Halbuki, bədən içində bunun bir çox nümunəsi vardır. Həmçinin, hər iki parça, yəni vazopressin hormonu və böyrəkdəki alıcılar bədənin tam fərqli yerlərindəki çox fərqli hüceyrələr tərəfindən inşa edilirlər. Buna baxmayaraq, qüsursuz bir uyğunlaşma meydana gəlir. Bu uyğunlaşma isə Rəbbimizin qullarına bir rəhmətidir.
Bu kilidlənmə ilə böyrəyə "Sidik mayesində olan su molekullarını tut" əmri verilmiş olar. Bu xəbərləşmə sistemi vasitəsiylə sidikdə olan su molekullarının böyük bir hissəsi təmizlənər və təkrar qana qarışdırılar. Nəticədə sidik miqdarı azaldılmış və bədənə su qazandırılmışdır.

Vazopressin hormonu azaldıqda sidik mayesi artar və qandakı su miqdarı normal səviyyəyə düşər.

Əgər gərəyindən çox su içilmişsə, bu səfər mexanizm tam tərsinə işləyər. Qandakı su sıxlığı yüksələr. Bu yüksəlmə nəticəsində hipotalamusta olan qəbul edicilər vazopressin hormonunun ifraz olunması əməliyyatını yavaşladarlar. Vazopressin hormonu azaldıqda sidik mayesi artar və qandakı su miqdarı normal səviyyəyə düşər.
Bu qüsursuz sistem, bədəndəki sistemlərdən yalnız çox kiçik bir hissəsidir və bu kiçik hissə də heç bir şeyin özbaşına olmadığının, sonsuz ağıl, elm və güc sahibi olan Allahın bu sistemi hər an idarə altında tutduğunun dəlillərindən yalnız biridir.