QAN TƏZYİQİNİ YOXLAYAN

QÜSURSUZ SİSTEM

Kan basıncının düşük olması insan için tehlikeli durumlar doğurabilir....

Bədənimizdə, qan təzyiqi düşdüyü anda dövrəyə girən qüsursuz bir sistem var. Eynilə yanğın həyəcanı qəbul edicilərinin, atəşin çıxardığı tüstünü müəyyən edəcək şəkildə xüsusi olaraq dizayn edilmələri kimi, bu sistem də ancaq həyəcan vəziyyətində, yəni qan təzyiqi düşdükdə dövrəyə girər.

Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəli bir vəziyyət doğura bilər. Buna görə həyəcanlananda qan təzyiqini artırmaq üçün bir tədbir görülməlidir. Bu tədbirləri belə sıralaya bilərik;

1. Qan damarları daraldılmalıdır. (Bu daralma eynilə uc qismi möhkəmlənən bağçanı sulayan xortumunun daha təzyiqli su verməsi kimi qan təzyiqini artıracaq.)

2. Böyrəklərdən daha çox su əmilməli və qana qarışdırılmalıdır.

3. Ən qısa zamanda adamın su içməsi təmin edilməlidir.

Yaxşı, bütün bunlar necə təmin ediləcək? Yenə başqa bir bənzərsiz sistem hər insan bədəninin dərinliklərinə doğuşdan yerləşdirilmişdir.

 

Renin çok aşamalı bir üretim zincirinin ilk halkasıdır.

Sistem belə işləyər: Qan təzyiqi düşdüyü anda (ya da qanda olan natrium miqdarı azaldığında), böyrəklərdə olan bəzi hüceyrələr vəziyyəti fərq edər. Bunlar həyəcan vericilər olan "jukstaqlomerular" (JGA) hüceyrələridir. Bu hüceyrələr "renin" adlı xüsusi bir maddə ifraz edər.

Hüceyrələrin, qan təzyiqinin və ya natrium miqdarının düşdüyünü müəyyən edə bilmələri bir möcüzədir. Ancaq daha da əhəmiyyətlisi, hüceyrələrin renin ifraz etmələridir. Çünki "renin" çox mərhələli bir istehsal zəncirinin ilk halqasıdır.

Qanın plazmasında olan və normalda qanda gəzdiyi halda heç bir şəkildə təsiri olmayan bir zülal vardır. Bu zülal qaraciyərdə çıxarılan "Angiotensinogen" zülalıdır. Heyranlıq oyandıran bir planlamanın ilk mərhələsi burada başlayar. Çünki tək başlarına heç bir işə yaramayan "Angiotensinogen" və "renin" əslində bir-birləri ilə birləşmək üçün xüsusi olaraq hazırlanmışlar. Eynilə bir loqonun parçalarının iç-içə keçə bilmələri üçün bir-birlərinə uyğun olaraq emal edilmələri kimi.

Nasıl olur da akciğer hücreleri en uygun enzimi üretebilmektedir?...

Burada düşünülməsi lazım olan bir nöqtə vardır: Böyrək hüceyrələri və qaraciyər hüceyrələri bədən içində bir-birlərindən uzaqdadır. Necə olur ki, biri loqonun bir parçasını (renin) çıxararkən, digəri bu parçaya tam uyğun gələn digər parçanı (Angiotensinogen) çıxarar və yenə bunlar bir-birlərinə tam olaraq uyğun olarlar? Bunun təkamülçülərin iddia etdiyi kimi təsadüfən meydana gəlməsi qətiliklə qeyri-mümkündür. Şübhəsiz hər biri uca Allahın sonsuz elmiylə yaradılmışdır.

Renin, Angiotensinogen molekulunun quruluşunu dəyişdirər və yeni bir molekul "anjiotensin I" ortaya çıxar:

Renin + Angiotensinogen -> Angiotensin – I

Ortaya çıxan bu yeni molekulun da bir təsiri yoxdur; çünki istehsal zənciri hələ bitməmişdir. Dövrəyə ağciyərdə olan "ACA" adında və yalnız "angiotensini" molekulunu parçalamağa yarayan bir ferment girər. Bu ferment vasitəsiylə "angiotensini" daha fərqli bir molekul olan "angiotensinisin-II" molekuluna çevrilər:

AngIotensin - I + ACA Fermenti -> Angiotensin – I I

Bu nöqtədə təkrar düşünmək lazımdır: Böyrək və qaraciyər hüceyrələrinin çıxardıqları iki fərqli molekul təsirləşmiş və ortaya yeni bir molekul çıxmışdır. Böyrək və qaraciyər hüceyrələri ilə heç bir əlaqəsi olmayan ağciyər hüceyrələri də bu yeni molekulun tam olaraq birləşəcəyi bir ferment çıxarır. Həm də bu fermenti molekullar birləşmədən çox əvvəl çıxarır. Necə olur ki, ağciyər hüceyrələri hələ reallaşmamış bir hadisə və daha çıxarılmamış bir maddəyə ən uyğun fermenti çıxara bilir? Bu maddəni bir başqa maddəyə çevirəcək fermentin düsturunu haradan bilir? Şübhəsiz ağciyər hüceyrələrinə bu məlumatları ilham edən tayı-bərabəri və bənzəri olmayan uca Allahdır.

Angiotensinis adlı fermentin iki həyati vəzifəsi vardır: Bunlardan birincisi, qan damarlarının daralmasını təmin edir. Angiotensin II fermenti, qan damarlarının ətrafında olan əzələləri xəbərdar edir və sıxılmalarını təmin edən mexanizmi -ki bu da qüsursuz bir yaradılışın dəlilidir- hərəkətə keçirir. Beləcə əzələlər sıxılar, damar həcmini daraldar və qan təzyiqi artırılmış olar. Bu çatılmaq istənən birinci nəticədir.

Anjiotensin-II adlı enzimin iki hayati görevi vardır.

Angiotensin-II maddəsinin ikinci əhəmiyyətli vəzifəsi isə, möcüzəvi bir hormon olan "aldosteronu" vəzifəyə çağırmaqdır. Angiotensin-II maddəsi böyrəküstü hüceyrələrinə çatar və bu hüceyrələrə "aldosteron" ifraz etmələri əmrini verər. Bu da, planın qüsursuzluğunun bir başqa dəlilidir. Çünki aldosteron, böyrəkləri təsir edəcək və böyrəklər sidikdəki suyu geri sovuraraq qana qarışdıracaq. Beləcə qan təzyiqi artacaq. Bu da arzu olunan ikinci nəticədir.

Böyrək, qaraciyər və ağciyərin ortaq şəkildə işləməsi nəticəsində çıxarılan "angiotensin-II" maddəsinin çox əhəmiyyətli bir vəzifəsi də vardır: Beynin xüsusi bir bölgəsinə çatmaq və o bölgəni hərəkətə keçirmək. Bu bölgə susama hissini oyandıran "susama bölgəsi"dir.

Beyni korumak için,kan-beyin bariyeri sistemi vardır

Ancaq "angiotensin-II" maddəsinin qarşısında bir maneə vardır. Çünki beyni qorumaq üçün qandan beyin toxumasına keçişi çox çətinləşdirən, çox seçici bir sistem vardır və buna "qan-beyin maneəsi" deyilir. Bu sistem beyində 1-2 nöqtədə yoxdur və bu nöqtələrdən biri də "susama bölgəsi"dir. Bu xüsusi yaradılış vasitəsiylə beyinin susama bölgəsi xəbərdar edilir və insanda su içmə istəyi meydana gəlir.

Böyrəklərin, ağciyər və qaraciyərin bir planlı, ortaq şəkildə çıxardıqları maddələr bir nizam içində birləşmiş və nəticədə qan təzyiqinin yüksəlməsinə səbəb olan bir hormonun ifraz olunmasını təmin etmişlər. Bunun üçün böyrək hüceyrələri, ağciyər hüceyrələri və qaraciyər hüceyrələrinin bir yerə gəlib bir koalisiya meydana gətirmələri lazımdır.

Bu koalisiya, əvvəlcə qan təzyiqi düşdüyü zaman nə edilməsi lazım olduğunu araşdırmaq məcburiyyətindədir. Bu araşdırma nəticəsində də koalisiyanın ən ideal həllə qərar verməsi lazımdır: Bu ideal həll "qan damarlarının həcmlərini daraltmaq" və "aldosteron hormonunun ifraz olunmasını təmin etməkdir”.

Her organ bu molekülün üretim aşamasında bir sorumluluk almalıdır.

Ardından yenə bir yerə gəlib, uzun araşdırmalar aparıb, böyrəküstü vəzilərinin və damar əzələsi hüceyrələrinin anatomiyalarını, iş sistemlərini analiz etməlidirlər. Sonra bu damarların sıxılması və böyrəküstü vəzilərinin aldosteron ifraz etməsi üçün möcüzə bir düsturu yəni "angiotensin-II" maddəsinin molekulyar proyektini müəyyən etmiş olmalıdırlar.

Edilməsi lazım olan son iş, bu molekulun necə çıxarılacağının müəyyən edilməsidir. Hər orqan bu molekulun istehsal mərhələsində bir məsuliyyət götürməlidir. Çəkilən istehsal planı çərçivəsində üç mərhələli bir montaj sistemi uyğun hesab edilməli, hər orqana bir vəzifə paylaşdırılmalıdır. Böyrək hüceyrələri "renin" çıxarmağa, qaraciyər hüceyrələri "Angiotensinogen" çıxarmağa, ağciyər hüceyrələri də "ACA" çıxarmağa qərar verməli və vəzifə dağılımı tamamlanmalıdır. Ardından yığıncaq sona çatmalı və hüceyrələr aid olduqları yerlərə geri dönməlidir.

Bu sistemin her parçası, üzerinde düşünülmesi gereken harikalarla doludur.

Bu sistemin hər parçası, üzərində düşünülməli olan möcüzələrlə doludur. İnsan bədənindəki hər hüceyrə xüsusi bir vəzifə üçün yaradılmış, xüsusi xüsusiyyətlərlə təchiz edilmiş və vəzifə yerinə yetirməsi lazım olan yerə yenə xüsusi olaraq yerləşdirilmişdir. İnsan bədənində meydana gələn bütün hadisələri Rəbbimiz yaratmışdır və insan bədənindəki hər incəlik də Onun sonsuz elminin dəlillərindən yalnız bir neçəsidir. Uca Allahın Quranda bildirdiyi kimi:

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.

(Furqan surəsi, 2)