HÜCEYRƏDƏKİ

ÜNSİYYƏT YOXLANIŞI

Xəbərləşmə stansiyası kimi işləyən qəbuledicilər, xəbər göndərəcəkləri xəbərləşmə modullarını səhv etmədən taparlar.

Fərqli hormonlar əlaqədar orqanları meydana gətirən hüceyrələrin üzərində özlərinə xas təsir meydana gətirərlər. Məsələn, qandakı şəkər nisbətini təşkil edici insulin və qlukaqon hormonlarının daşıdıqları mesajlar tamamilə bir-birlərinə zidd quruluşdadır; bu səbəblə haqqında danışılan iki hormon hüceyrə içərisində fərqli ünsiyyət kanallarını hərəkətə keçirər. Xəbərləşmə stansiyası kimi işləyən qəbuledicilər, xəbər göndərəcəkləri xəbərləşmə modullarını səhv etmədən taparlar.

Bu mərhələdə ediləcək səhv bir seçim, xəbərləşmə şəbəkəsinin pozulmasına və bəlkə də ölümlə nəticələnə biləcək ciddi xəstəliklərə gətirib çıxaracaq. Lakin hüceyrə pərdəsindəki alıcıların tam mənasıyla bir mütəxəssis kimi davranmaları ünsiyyətin qüsursuz bir şəkildə davamını təmin edər.

Bu vəziyyət bizləri cavab verilməli əhəmiyyətli suallarla qarşı-qarşıya gətirir: Fərqli hormonlar tərəfindən xəbərdar edilən qəbuledicilər birləşmələri lazım olan xəbərçi zülalları heç səhvə yol vermədən necə seçir? Qəbuledicilər, ölümcül bir səhvə səbəb olmadan vəzifələrini necə müvəffəqiyyətlə davam etdirir?

Bu möhtəşəm nizam hər şeyin ölçüylə və bir-birinə uyğun olaraq yaradıldığının başqa bir göstəricisidir.

Son elmi araşdırmalar yuxarıdakı sualların cavablarını tapmağımıza kömək olmuşdur; hüceyrədəki qüsursuz ünsiyyət, hüceyrənin uca Allahın fövqəladə yaradılışının təcəllisi olan mükəmməl dizaynından qaynaqlanır.

Modullar arasında haqqında ən çox məlumat sahibi olduğumuz SH2-i ələ alaq. Bu zülal parçacığı iki ana hissədən meydana gəlir. SH2-in bir hissəsi qəbuledicinin quyruğuna möhkəm birləşən qismidir. SH2 parçacıqlarına əsl xarakteristika xüsusiyyətini verən isə ikinci hissədir ki, bu hissə şifrə oxuyan cihaz kimi işləyir.

Qəbuledicinin quyruğundakı amin turşularının sayı və düzülməsi hüceyrəyə gətirilən mesajın şifrə kodunu meydana gətirər; məhz bu şifrəni yalnız bir növ SH2 modulu həll edərək birləşməyi reallaşdırar. Bu modulun digər hissəsini də fərqli bir modulla birləşər. Beləcə hüceyrə pərdəsi ilə nüvəsi arasında xüsusi bir xəbərləşmə xətti qurulmuş olar. Qısacası, bütün bu kompleks əməliyyatlar təsadüfi deyil, müəyyən bir kod sisteminə görə təşkil edilir. Bu möhtəşəm nizam hər şeyin ölçüylə və bir-birinə uyğun olaraq yaradıldığının başqa bir göstəricisidir.

PDGF deyilən xəbərçi molekul, ziyan görən damardakı düz əzələ hüceyrəsinin qəbuledicisiylə birləşər.

İndi bu uyğunlaşmanın bir nümunəsini görmək üçün insanın əli kəsildiyində kəsik bölgənin təmiri üçün dövrəyə girən xəbərləşmə mexanizmini araşdıraq. Bu vəziyyətdə, PDGF deyilən xəbərçi molekul, ziyan görən damardakı düz əzələ hüceyrəsinin qəbuledicisiylə birləşər. Birləşmə nəticəsində qəbuledicinin hüceyrə içindəki qolu Grb2 adlı zülalı özünə çəkər. Grb2 zülalı SH2 və SH3 parçacıqlarının birləşməsindən meydana gələn bir xəbərçidir; zülallar arasında ünsiyyət qurmaq üçün adapter vəzifəsini boynuna götürür. Bunun ardından Grb2, sitoplazmada (hüceyrənin içindəki mayedə) olan və ferment ehtiva edən "sous" adlı bir xəbərçi zülalı özünə çəkər. Sous da "ras" olaraq təyin olunan başqa bir zülalı hərəkətə keçirər. Beləcə bir silsilə əməliyyat sonunda hüceyrə nüvəsindəki əlaqədar genlərə təlimat çatdırılar; hüceyrələr yaranın yaxşılaşması üçün bölünməyə başlayar.

Molekulların bir-biri arasında belə bir sistem qurmaları əlbəttə ki, gözlənilə bilməz.

Elm adamları araşdırmaların nəticələrinə əsaslanaraq bu şərhi edirlər: Hüceyrədəki xəbərləşmə sistemində baş verəcək qəzaları avtomatik olaraq ortadan qaldıran mexanizmlər var. Belə ki, üstün yaradılış məhsulu bu mexanizmlər, günümüzün ən müasir texnologiyasında istifadə edilən idarə sistemlərindən də çox inkişaf etmişdir. Beləliklə hormonlar, qəbuledicilər, adapterlər, zülallar və mikroskopik parçacıqlar insanın yaradılışından bu yana qüsursuz bir uyğunlaşma və əməkdaşlıq içində hərəkət edirlər.

Bu qədər kompleks bir nizamın təsadüfən meydana gəldiyini söyləmək qətiyyən qeyri-mümkündür. Bu sistemdəki komplekslik, beynəlxalq bir şirkətin, dünyanın dörd bir tərəfindəki şöbələri, istehsal və satışa çıxarma mərkəzləri ilə qurduğu ünsiyyət şəbəkəsindən də çox inkişaf etmiş və fövqəladədir. Hər şeydən əvvəl bu bir-birinə keçmiş parçalardan ibarət olan möhtəşəm şəbəkədə vəzifə alanlar, şüurlu, məlumatlı, təhsilli, ağıllı insanlar deyil, gözlə görülməyəcək qədər kiçik molekullardır. Molekulların bir-biri arasında belə bir sistem qurmaları əlbəttə ki, gözlənilə bilməz. Bu sistemi yoxdan var edən və sistemin bütün parçalarına reallaşdıracaqları işləri ilham edən aləmlərin Rəbbi olan uca Allahdır.