HÜCEYRƏDƏKİ

XƏBƏRLƏŞMƏ SİSTEMİ

Hüceyrələr arasında qurulmuş xəbərləşmə sistemi bir çox baxımdan insanların istifadə etdikləri xəbərləşmə sistemlərinə bənzəyər.

Günümüzdəki xəbərləşmə sistemləri ən irəli texnologiyaya sahib elektronik və mexaniki cihazlar istifadə edilərək qurulmuşdur. Halbuki insanın sirlərini də hələ həll edə bilmədiyi hüceyrə içi xəbərləşmə sistemlərində zülal quruluşlu cihazlar var. Zülalların içində isə müasir cihazlarda olduğu kimi elektronik dövrələr və ya yarı keçiricilər deyil; bunların yerinə karbon, hidrogen, oksigen və azot atomlarıdır.

Hüceyrələr arasında qurulmuş xəbərləşmə sistemi bir çox baxımdan insanların istifadə etdikləri xəbərləşmə sistemlərinə bənzəyər. Məsələn, hüceyrələrin pərdələri üzərində özlərinə çatan mesajları qəbul etmələrini təmin edən "antenalar" var. Bu antenaların dərhal altında hüceyrəyə çatan mesajın kodunu çevirən "stansiyalar" var.

Haqqında danışılan antenalar, qalınlığı millimetrin yüz mində biri qədər olan və hüceyrəni ətraflı qucaqlayan hüceyrə pərdəsində iştirak edirlər. "Tirozin kinaz" qəbuledicisi olaraq adlandırılan bu alıcı; antena, gövdə və quyruq olmaq üzrə üç təməl hissədən meydana gəlir. Antenanın hüceyrə pərdəsinin xaricində qalan parçasının şəkli, peyk yayınlarını yığmaqda istifadə edilən peyk antenasına bənzəyir. Hər peyk antenasının müəyyən bir peykin yayınlarını almağa istiqamətli olması kimi, dəyişik hormon molekullarının daşıdığı mesajların dilindən anlayan fərqli antenalar vardır.

Hüceyrəyə gələn mesaj çox xüsusi xəbərləşmə sistemləri tərəfindən hüceyrənin DNT-sinə çatdırılar və hüceyrənin bu mesaj istiqamətində hərəkət etməsi təmin edilər.

Digər hüceyrələrdən gələn mesajlar -hormonlar- hüceyrə pərdəsindəki antenalarla təmas qurar. Ancaq hər antena yalnız tək bir mesajı qəbul edəcək şəkildə hazırlanmışdır. Bu, xüsusi bir yaradılışın əsəridir. Beləcə göndərilən mesaj səhvən bir başqa hüceyrəni hərəkətə keçirməz.

Hormon və antena bir-birlərinə elə uyğun yaradılıblar ki, bu bənzərlik az qala bütün biologiya qaynaqlarında açar-kilid uyğunlaşmasına bənzədilir. Yalnız doğru açar kilidi aça bilər, yəni yalnız doğru hüceyrə göndərilən mesajla əlaqədə olar, digər hüceyrələr üçün bu mesajlar heç bir şey ifadə etməz.

Hormon, hüceyrəyə çatdığı andan etibarən hüceyrə içində heyranlıq oyandıran bir sistem dövrəyə girər. Hüceyrəyə gələn mesaj çox xüsusi xəbərləşmə sistemləri tərəfindən hüceyrənin DNT-sinə çatdırılar və hüceyrənin bu mesaj istiqamətində hərəkət etməsi təmin edilər.

Uca Allahın elminin sonsuz olduğunu göstərən dəlillərdəndir.

Hüceyrənin antenalarına gələn bir mesajın böyük bir sürətlə hüceyrənin nüvəsinə çatdırılması, üstəlik bu xəbərləşmə əsnasında çox üstün bir texnologiya istifadə edilmiş olması olduqca böyük bir möcüzədir. Çünki hüceyrə şüursuz molekullardan ibarət olan cansız bir maddədir və insanın bütün bədəni bu hüceyrələrin bir yerə gəlmələriylə meydana gəlmişdir. Bədənimizdə hər birinin içində xəbərləşmə sisteminə sahib olan 100 trilyon hüceyrə var. İnsan bədənindəki saysız xüsusiyyətdən yalnız biri olan bu məlumat daxil, insanı və bütün kainatı yaradan üstün güc sahibi Uca Allahın elminin sonsuz olduğunu göstərən dəlillərdəndir.