HÜCEYRƏ PƏRDƏSİNDƏKİ

DAŞIYICI MOLEKULLAR

Hər hansı bir səbəblə qana qarışan bir maddə, hüceyrə pərdəsinə gəldiyi zaman dərhal hüceyrə içinə girə bilməz.

Hər hansı bir səbəblə qana qarışan bir maddə, hüceyrə pərdəsinə gəldiyi zaman dərhal hüceyrə içinə girə bilməz. Böyüklüyünə, kimyəvi xüsusiyyətlərinə, faydalı və ya zərərli olduğuna görə fərqli şəkillərdə qarşılanır. Eynilə bir ölkənin qapısındakı gömrük yoxlamaları kimi hüceyrəyə daxil olacaq bir maddə də möhkəm bir idarəyə tabe olurlar. Xarici bir maddə isə şəxsiyyəti müəyyən edilər və təhlükəsizliyi təhdid etdiyinə qərar verilsə sərhəd xarici buraxılar. Lakin bəzi maddələrin giriş-çıxışı bir ölkənin öz vətəndaşlarına tətbiq etdiyi asanlıq kimi asanlaşdırılmışdır. Bu maddələr, ciddi tədbirlərə tabe olmadan rahatlıqla hüceyrəyə girib çıxarlar. Hətta bəzilərinin hüceyrəyə xüsusi giriş səlahiyyətləri vardır. Qısacası, hüceyrə pərdəsinə gələn maddələr şəxsiyyətlərinə görə müxtəlif tətbiqlərlə qarşılaşarlar.

Bir maddənin hüceyrə pərdəsindən keçə bilməsi -hüceyrə pərdəsinin maddəsi ilə "qarışa bilməsi"- üçün yağda həll olması lazımdır. Necə ki, maye yağı su ilə qarışdırmağı nə qədər sınasaq müvəffəqiyyətli ola bilməsək, bənzər şəkildə yağda həll olmayan bir maddə də hüceyrə pərdəsinə qarışa bilməz. Bu cür maddələrin keçişi üçün xüsusi bir üsul tətbiq olunar. Bu molekulların keçişində, hüceyrə pərdəsində olan zülallar rol oynayar.

Daşıyıcı zülal iki molekulu formalarından və atom ədədlərindən ayırd edər.

Bəzi molekullar da hüceyrə pərdəsindən içəri girərkən, böyüklüklərinə görə pərdədən tək başlarına keçə bilməzlər. Kanal zülalları və daşıyıcı zülallar pərdədən keçməsinə icazə verdikləri molekul və ionların hüceyrə içinə daşınmasına köməkçi olarlar. Hüceyrə pərdəsi zülallarının hansı maddələri daşıyacaqları müəyyəndir və daşıyacaqları maddənin seçkisində son dərəcə diqqətli davranarlar. Məsələn, şəkəri daşıyan sistem amin turşusunu daşımaz. Daşıyıcı zülal iki molekulu formalarından və atom ədədlərindən ayırd edər. Məsələn, eyni atom sayını və kimyəvi qrupları daşıyan iki molekuldan birinin molekul formasında ən kiçik bir həndəsi dəyişiklik olsa, daşıyıcı sistem bunu ayırd edər və o molekulu daşımaz.

Bütün bu təfərrüatlarla hər şeyi yoxdan var edən uca Allahın sonsuz gücünün, sərhədsiz elmininin dəlillərini görə biləcək.

İndi belə düşünək... Bir daşıyıcı ya da kanal zülalın bir başqa molekulun kimyəvi düsturunu tanıması, onu atom ədədlərindən ayırd etməsi necə mümkün ola bilər? Ağıl və şüurdan məhrum olan bir zülal hüceyrəyə faydalı olacaq bir məsuliyyəti öz-özünə necə əldə etmişdir? Bu zülalların öz-özlərinə əmək bölgüsü edib hüceyrəyə faydalı molekulları tanımaları, onları hüceyrə içinə almaq üçün daşıma vəzifəsini əldə etmələri ya da təsadüf əsəri bu məsuliyyətlərini əskiksiz olaraq yerinə yetirmələri əlbəttə ki, mümkün deyil. Ağıl və vicdan sahibi hər kəs, bütün bu təfərrüatlarla hər şeyi yoxdan var edən uca Allahın sonsuz gücünün, sərhədsiz elmininin dəlillərini görə biləcək.