OKSİGEN DAŞIYAN MÖCÜZƏ

MOLEKUL: HEMOQLOBİN

Tənəffüsün əsas məqsədi bədən hüceyrələrindəki karbon 4 oksidin çölə atılması və yerinə oksigen alınmasıdır.

Tənəffüsün əsas məqsədi bədən hüceyrələrindəki karbon 4 oksidin çölə atılması və yerinə oksigen alınmasıdır. Bu əməliyyatlar bədən toxumalarından çox uzaq bir yerdə, ağciyərdə reallaşır. Bu vəziyyətdə ağciyərdən bədənə girən oksigenin bir şəkildə toxumalara daşınması, toxumalarda ortaya çıxan karbon 4 oksidin də eyni şəkildə ağciyərə çatdırılması lazımdır. Yaxşı bu nəqliyyat necə ediləcək?

Oksigen və karbon 4 oksidin, insan bədəni içindəki yorulmaq bilməyən daşıyıcıları qan mayesində olan qırmızı qan hüceyrələridir. Ağciyərdə hava ilə təmasda olan qırmızı qan hüceyrələri, hüceyrələrdən gətirdikləri tullantı maddə olan karbon 4 oksidi kisəciklərin içinə boşaldarkən, kisəcik içindəki oksigeni sovurarlar. Bu əməliyyat çox xüsusi bir pərdə boyunca reallaşar. Bu pərdənin bir tərəfini kisəcik -ağ qan hüceyrəsi- içindəki oksigenli hava meydana gətirərkən, digər tərəfdə isə içindən yalnız tək bir qırmızı qan hüceyrəsinin keçə biləcəyi genişlikdəki tükcük uzadılmalar vardır. Bu şəkildə oksigen molekulu problemsiz olaraq qırmızı qan hüceyrələrilə təmasa keçər.

Hemoqlobin molekulu çox xüsusi bir yaradılışa malikdir.

Oksigen molekulu qırmızı qan hüceyrələrinin içində olan hemoqlobin adlı bir molekul tərəfindən hüceyrələrə daşınır. Hemoqlobin molekulu çox xüsusi bir yaradılışa malikdir. Xarici görünüşü oksigen və ya karbon 4 oksid daşımağa çox uyğun, bir növ fincan altlığı formasındadır. Ağciyərdə oksigenə bağlanan hemoqlobin, qan dövranı köməyiylə bədənin dərinliklərinə doğru yol alar. Oksigenə ehtiyacı olan toxumalara çatdığında bir möcüzə reallaşar. Çox xüsusi bir dizayna sahib olan hemoqlobin molekulu mühitdən kimyəvi olaraq təsirlənər və oksigenlə arasında qurulan kimyəvi bağ qopar. Hemoqlobin bunun nəticəsində yükünü, yəni oksigeni buraxar. Məhz bu oksigen molekulu orada olan hüceyrələrə həyat verəcək.

Hemoqlobinin vəzifəsi bununla bitmir. Hemoqlobin mühitdən uzaqlaşdırılması lazım olan karbon 4 oksidin ağciyərlərə daşınmasında da çox əhəmiyyətli bir rol oynayır. Bu hadisə belə yekunlaşdırıla bilər:

Ortaya çıxan hidrogen ionu, hemoqlobin tərəfindən tutular.

Hüceyrə tənəffüsü ilə meydana gələn karbon 4 oksid, hüceyrələrdən toxuma mayesinə, toxuma mayesindən kapilyarlara keçir. Karbon 4 oksidin bir qismi qırmızı qan hüceyrələrində hemoqlobinlə birləşərək karbamino hemoqlobin şəklində daşınar. Bir qismi isə karbonikanhidraz fermentinin təsiriylə su ilə birləşərək karbonik turşusunu meydana gətirər. Daha sonra karbonik turşu bikarbonat və hidrogen ionlarına ayrılır. Ortaya çıxan hidrogen ionu, hemoqlobin tərəfindən tutular. Məhz karbon 4 oksid bu şəkildə toxuma tükcüklərindən toplanar, damarlarla ürəyə gətirilər. Ürəkdən də ağciyərə daşınar. Ağciyərlərdə reallaşan müxtəlif əməliyyatlardan sonra karbon 4 oksid nəfəs vermə əsnasında xaric olunar.

Hemoqlobinin quruluşunda diqqətə çarpan bir xüsusiyyət vardır. Hemoqlobin oksigeni daşıya biləcək qabiliyyətə sahib olduğu kimi eyni zamanda daşıdığı oksigeni vaxtında doğru yerə buraxa biləcək qabiliyyətə də malikdir. Bunu bacarmasının ardındakı sirr oksigen və hemoqlobin arasında qurulan kimyəvi bağda gizlidir. Hemoqlobinin bu xüsusiyyətinin əhəmiyyətinin tam olaraq aydın ola bilməsi üçün belə bir qiymətləndirməsində fayda vardır:

İnsan bədənində oksigenin daşınması üçün mükəmməl bir sistem yaradılmışdır.

-Əgər hemoqlobin və oksigen arasında qurulan bağ bir az da zəif olsaydı, hemoqlobin oksigenə bağlana bilməz və toxumalara oksigen çatdırılmazdı. Bu vəziyyət canlı üçün mütləq bir ölüm olardı.

-Tam tərsinə bir hadisə reallaşsaydı və hemoqlobin ilə oksigen arasında qurulan bağ bir az da güclü olsaydı, bu səfər hemoqlobin və oksigen cütü toxumalara çatdıqlarında bir-birlərindən ayrıla bilməzdilər. Bu vəziyyətdə hüceyrələr yenə oksigensiz qalar və canlılar bir neçə dəqiqə içində ölərdilər.

Yuxarıdakı iki maddə hemoqlobində xüsusi bir dizayn olduğunun açıq-aşkar bir dəlilidir. İnsan bədənində oksigenin daşınması üçün mükəmməl bir sistem yaradılmışdır. Bu sistem içində iştirak edən hər incəlik bizlərə uca Allahın elminin sərhədsizliyini və gücünün sonsuzluğunu göstərən dəlillərdən yalnız bir neçəsidir.