KİŞİ ÇOXALMA SİSTEMİNDƏKİ HORMONLAR
Kişi çoxalma sistemində də hormonlar baş rolu oynayır.

Kişi çoxalma sistemində də hormonlar baş rolu oynayır. Doğumdan təxminən 10 il sonra, inkişaf dövrünün başlamasıyla birlikdə kişi hormonları tam olaraq dövrəyə girər. Bu hormonların dövrəyə girməsi, yenə bədəndə quruluş bir əmr zəncirinin hərəkətə keçməsiylə reallaşar. Bu əmr zəncirinin ən üst səviyyə idarəçisi hipotalamustur.

Hipotalamus doğumdan sonrakı illərdə hər 3-4 saatda bir LHRH adlı bir hormon ifraz edər. Ancaq bu hormonun ifraz olunma miqdarı olduqca azdır. Təxminən on il sonra hipotalamus kişi bədəninin şəkillənməsi üçün doğru zamanın gəldiyini sanki anlayar və LHRH hormonunu daha qısa zamanda ifraz etməyə başlayar. Bu kiçik molekullar, necə olur ki, illərlə gözlədikdən sonra bir anda daha çox hormon ifraz etmə qərarı alırlar. Sanki əvvəldən qurulmuş bir sistem vardır və bu sistem 10 il sonra işə başlayır. Bu sistemi quran, aktivləşəcəyi vaxtı əvvəldən təyin edən, axsamadan işini təmin edən və digər bütün əməliyyatları ilham edən aləmlərin Rəbbi olan uca Allahdır.

Hipofiz vəzisi bu əmri alar-almaz LH adlı başqa bir hormon ifraz edər.

Zamanı gələndə daha sıx ifraz olunmağa başlayan LHRH hormonu əmr zəncirinin ikinci halqası olan hipofiz vəzisinə çatar. Hipofiz vəzisi bu əmri alar-almaz LH adlı başqa bir hormon ifraz edər. Bu hormon da kişi cins vəzilərinə, yəni testislərə istehsala başlama əmrini verər.

Bütün bu əməliyyatların başlaması nə üçün illər çəkir və bu mexanizmin iş zamanı necə təyin olunur? Məhz bu sualların cavabları elm dünyası üçün hələ də bir sirdir. Hələ sirləri həll edilə bilməyən bu sistem, insanların bədənində, uca Rəbbimizin ilk yaratdığından bəri işləyir.

Testosteronun kimyəvi düsturu, inkişaf edən bir uşağı yetkin bir kişi edəcək.

LH hormonu qan yoluyla testislərə çatdıqda burada olan hüceyrələr testosteron adlı hormonu çıxarmağa başlayarlar. Testosteron çıxaran hüceyrələr sanki aid olduqları bədənin, uşaqlıqdan kişi görünüşünə keçmə zamanı gəldiyini bilirlər. Çünki çıxardıqları testosteronun kimyəvi düsturu, inkişaf edən bir uşağı yetkin bir kişi edəcək.

Şübhəsiz bütün bunları şüursuz bir molekulun etmiş olması olduqca heyranlıq oyandırıcıdır. Bu molekul sanki bir kişi bədəninin xüsusiyyətlərini bilir və trilyonlarla hüceyrəni bir kişi bədəni meydana gətirmələri üçün idarə edir.