ENDOKRİN HÜCEYRƏSİ=NO (NİTRİK OKSİD) İSTEHSAL MƏRKƏZİ
Endokrin hüceyrəsi bu mikroskopik maddələri çox yaxşı tanıyar

Adı L-arginin olan bir amin turşusu, nitrat oksid sintez fermenti, nikotinamid adenin dinukleotid fosfat, kalmodulin, oksigen, flavin mononukleotid, flavin adenin dinukleotid, tetrahidrobiyopterin…

Ola bilsin ki, bu sözlərin böyük bir əksəriyyətini həyatınızda ilk dəfədir eşidirsiniz. Ancaq endokrin hüceyrəsi bu mikroskopik maddələri çox yaxşı tanıyar və bunları nitrik oksid molekulunu çıxarmaq üçün istifadə edər.

Günümüzün ən inkişaf etmiş texnologiyasını istifadə edərək kimyəvi məhsullar çıxaran fabriklər endokrin hüceyrələrindən trilyon dəfədən də artıq böyükdür. Buna baxmayaraq endokrin adlı mikroskopik fabrikin texnologiyası gördüyümüz nəhəng sənaye texnologiyasından daha çox üstündür.

Endokrin hüceyrəsi NO molekulunu çıxarmaq üçün hansı kimyəvi maddədən hansı nisbətdə istifadə etməsi lazım olduğunu çox yaxşı bilir.

Endokrin hüceyrəsi NO molekulunu çıxarmaq üçün hansı kimyəvi maddədən hansı nisbətdə istifadə etməsi lazım olduğunu çox yaxşı bilir. Səhv və ya yanlış bir istehsaldan bəhs edilmir. Məsələn, nitrat oksid (NO) yerinə güldürücü qaz olaraq bilinən N2O çıxarmaz. İstehsalda çox həssas tarazlıqlar mövcuddur. Bu nöqtədə təkrar xatırladaq: Endokrin hüceyrələri lazım olandan az xəbər çıxarsaydı damarlarımız daralar, qan təzyiqimiz sürətlə yüksələr, bu da ürək infarktına gətirib çıxarardı. Çox istehsal etməsi vəziyyətindədirsə, damarlarımız həddindən artıq genişləyər, qan təzyiqimiz düşər, bu da şok vəziyyətinə səbəb olardı. Ancaq endokrin hüceyrələri ölümümüzə səbəb olacaq nisbət səhvlərini heç vaxt etməzlər.

Haqqında danışılan hüceyrələr həyatımızın hər anında istehsal üçün hazır vəziyyətdədir; olduqda dərhal dövrəyə girərək istehsala başlayarlar. Bu kiçik fabrik olduqca məhsuldar işləyir. Çıxardığı NO xəbərçi molekullarını yığmaz. Bu şəkildə stoklamanın özü ilə gətirdiyi problemlər ortadan qaldırılar.

Bu mikroskopik fabrik, bədənimizdəki digər 100 trilyon fabrik kimi Allahın ilhamı ilə hərəkət edir.

Damarlarımızın dərinliklərindəki bu fövqəladə fabriklərin istənməyən zərərli məhsulları yoxdur. Qlobal istiləşmə, turşu yağışları, ətraf çirkliliyi kimi dünya gündəmindəki bir çox problemin kimyəvi tullantılardan qaynaqlandığı düşünülsə, endokrin hüceyrələrinin nə qədər müvəffəqiyyətli olduğu daha da yaxşı aydın olar. Çünki nitrik oksid molekulları 10 saniyə kimi qısa bir müddət içində vəzifələrini tamamlayaraq "parçalanarlar". Beləcə bədəndə yığılaraq zərərli yan təsirlər meydana gətirməzlər. Bütün bunlar bu mənanı verir ki, endokrin hüceyrələri kimyəvi məmulatların istehsalında ən ideal üsulu istifadə edərlər.

Bir fabrikdəki sistemlər necə dizaynçılarının nə dərəcədə inkişaf etmiş bir texnologiyaya sahib olduqlarını göstərsələr, endokrin adlı fabrik də üstün yaratma gücünə sahib olan Rəbbimizin sonsuz ağlını və elmini göstərir; bu mikroskopik fabrik, bədənimizdəki digər 100 trilyon fabrik kimi Allahın ilhamı ilə hərəkət edir.