EŞİDƏNDƏ NƏLƏR BAŞ VERİR?
Səs, səyahəti əsnasında saniyənin əllidə birində 6 m. yol qət edər.

Yolda qarşılaşdığınız bir yoldaşınız sizə "salam" verdiyində, yoldaşınızdan gələn səs dalğaları qulaq çömçəsi tərəfindən toplanar. Səs, səyahəti əsnasında saniyənin əllidə birində 6 m. yol qət edər.

İki qulağın içində titrəşən hava sürətlə orta qulağa qədər olan məsafəni qət edər. 7.6 mm. diametrində olan qulaq pərdəsi titrəməyə başlayar. Bu titrəmə hərəkəti üç kiçik sümüyə çatdırılar. Səs titrəşmələri beləcə mexaniki titrəşmələrə çevrilər. Sonra isə bu sümüklərdəki titrəşmələr iç qulağa çatdırılar və buradakı ilbizə bənzəyən koklea adlı quruluşun içində olan xüsusi mayeni hərəkətləndirər.

Kokleanın içərisində fərqli səs tonları bir-birindən təhlil edilər. Kokleanın içində, eynilə musiqi aləti olan arpteki tellər kimi dəyişik qalınlıqlarda incə tellər uzanır. Dostunuzun səsi sanki indi bu telləri çalır. "Salam" səsi, başlanğıcda aşağı pərdədən başlamış sona doğru yüksəlmişdir. Əvvəl qalın tellər titrəşər, sonra bunu incələri izləyər. Axırda iç qulaqdakı on minlərlə çubuq şəkilli cisim öz titrəşmələrini eşitmə sinirlərinə köçürər.

Sinirlərdəki bu səfər, siqnallar beyindəki eşitmə mərkəzinə çatana qədər davam edər.

Artıq "salam" səsi yalnız bir elektrik siqnalıdır. Bu siqnal eşitmə sinirləri içində beynə doğru sürətlə irəliləyər. Sinirlərdəki bu səfər, siqnallar beyindəki eşitmə mərkəzinə çatana qədər davam edər. Bu səyahətin sonunda beyindəki milyonlarla neyronun böyük bir qismi əldə edilən eşitmə məlumatlarını qiymətləndirməklə məşğuldur. Beləcə yoldaşınızın salamını eşitmiş olarsınız.

Bütün bunlar möminlərin şükürlərinə vəsilə olmalıdır.

Burada ən səthi xətləri ilə izah edilən bu əməliyyatlar, həqiqətdə daha çox kompleksdir və saniyədən də qısa bir müddətdə reallaşar. Hər gün yüz minlərlə dəfə görər və eşidərik. Ancaq çox vaxt bunları necə edə bildiyimizi düşünmərik. Halbuki gördüyümüz və eşitdiyimiz hər şeyi Rəhman və Rəhim olan Allahın rəhmətiylə görür və eşidirik. Bunun üçün də bütün bunlar möminlərin şükürlərinə vəsilə olmalıdır.

Necə ki, Allah Quranda insanlara bu həqiqət üzərində düşünmələrini və şükür edici olmalarını belə bildirmişdir:

Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz! (Nəhl surəsi, 78)