QARACİYƏRƏ YERLƏŞDİRİLMİŞ

"BAKTERİYA MƏHV ETMƏ MAŞINLARI"

Bədənimizdə vəzifəni yalnız "müdafiə etmək" olan mükəmməl bir yaddaşla təchiz edilmiş hüceyrələr vardır.

Yediyimiz qidalarla, tənəffüs etdiyimiz havayla və daha bir çox yoldan bədənimizə gözlə görülə bilməyən bir çox bakteriya girər. Bədənin iş sistemini pozmamaqları üçün bunlardan zərərli olanların təsirsiz hala gətirilmələri lazımdır. Bunun üçün bədənimizdə vəzifəni yalnız "müdafiə etmək" olan mükəmməl bir yaddaşla təchiz edilmiş hüceyrələr vardır. Ancaq bədənimizin qüsursuz yaradılışının bir nümunəsi olaraq müdafiə etmək üçün müxtəlif əlavə tədbirlər də alınmışdır. Bunlardan biri də dövran sistemi içində strateji bir dayanacaq olaraq xarakterizə ediləcək qaraciyərdə olan, müdafiə etmə hüceyrələridir.

Kupfer (mis) hüceyrələri olaraq adlandırılan bu hüceyrələr qan dövranıyla bağırsaqlardan qaraciyərə gələn qandakı zərərli bakteriyaları 0.01 saniyədən daha qısa bir müddətdə həzm edərək təsirsiz hala gətirərlər. Bu şüursuz hüceyrələr bədənə girən çoxlu saydakı bakteriya arasından insana faydalı olanlarla zərərli olanları necə bir-birindən ayırd edə bilirlər? Hansı xüsusiyyətlərə sahib olduqlarını və bədəndə yerinə yetirəcəkləri vəzifələri bilmədən, necə olur ki, bəzi bakteriyaları məhv edərkən digərlərinə heç zərər vermir? Bu sualların cavabı şübhəsiz ki, uca Allahın bənzərsiz yaratma sənətidir.

Sizcə hansı kor təsadüf bədəndə daha bir çox orqan var ikən, kupfer (mis) hüceyrələrinin qaraciyərə yerləşməsini təmin edə bilər?

Bu mərhələdə diqqət verilməsi lazım olan əhəmiyyətli bir nöqtə vardır; kupfer (mis) hüceyrələrinin qaraciyərə yerləşmiş olması. Niyə bədənin başqa bir orqanı deyil də qaraciyər? Burada bir daha bədənimizdəki qüsursuz yaradılış dəlillərindən biri qarşımıza çıxarır. Əgər bu hüceyrələr qaraciyərə deyil, başqa bir orqana yerləşdirilmiş olsaydı qanın bakteriyalardan təmizlənilməsində bu qədər təsirli ola bilməzdilər. Çünki bakteriya dolu qan qaraciyərdə təmizləndikdən sonra bədənin hamısını gəzmək üçün ümumi qan dövranına girir. Bu səbəblə ümumi qan dövranına çatmağı bacaran bakteriya sayı yüzdə birdən azdır.

Sizcə hansı kor təsadüf bədəndə daha bir çox orqan var ikən, kupfer (mis) hüceyrələrinin qaraciyərə yerləşməsini təmin edə bilər? Əlbəttə ki, yerləşəcəkləri ən uyğun yeri təsbit edən və oraya gedib yerləşən bu hüceyrələr deyil. Təxminən yüz trilyon hüceyrədən ibarət olan bir bədən içində hər hansı bir hüceyrənin özü üçün xüsusi bir yer müəyyən edərək oraya yerləşəcək bir şüura sahib olması mümkün deyil. Belə qüsursuz bir yerləşəm üçün mükəmməl bir plana ehtiyac vardır. Bu sistemdəki hər təfərrüatı uca Allah hər an qüsursuz olaraq yaradır.