B12 VİTAMİNİNİN SƏFƏRİ

Nazik bağırsağın kiçik bir bölgəsində yalnız B12 vitaminini tutmaqla vəzifələndirilmiş xüsusi bir hüceyrə qrupu var.

Mədə mikozasının bir xüsusiyyəti, qan istehsalı edən sümük iliyinə iştirak etməsidir. Bədən üçün böyük əhəmiyyətə sahib B12 vitamininin sümük iliyinə çatmasını təmin edir. B12 vitamininin sümük iliyinə çatana qədər reallaşdırdığı səfər və mədə mikozasının bu səfərdəki rolu araşdırıldığında qarşımıza mikroskopik səviyyədə reallaşan böyük bir möcüzə çıxır.

B12 vitamini insan bədəninə daxil olduqdan sonra həzm sistemi boyunca bir səfər edər. Ardından incə bağırsaqdan qan dövranına keçiş edərək qana qarışar və sümük iliyi hüceyrələrinə çatar.

B12 vitamininin mənimsənməsi incə bağırsaqda reallaşır. Ancaq incə bağırsaqda olan hər hansı bir həzm hüceyrəsi B12 vitaminini tutmaz. Nazik bağırsağın kiçik bir bölgəsində yalnız B12 vitaminini tutmaqla vəzifələndirilmiş xüsusi bir hüceyrə qrupu var. Bu hüceyrə qrupu bütün həyatlarını -möcüzəvi bir şəkildə- yalnız B12 vitaminini tutmağa həsr etmişlər. Bu hüceyrələr trilyonlarla molekul içindən B12 vitaminini ayırd edər və tutarlar. Yaxşı, B12 vitaminini bu hüceyrələr necə tanıyır, digər maddələrdən necə ayırd edə bilirlər? B12 vitaminini tutma zəruriliyini niyə hiss edirlər?

Nazik bağırsaqda olan hüceyrələr, sadə haldakı B12 vitaminini tanıya bilməzlər.

Bu hüceyrələrin B12 vitaminini tutarkən göstərdikləri ağıl əlbəttə ki, bir təsadüf nəticəsində ortaya çıxa bilməz. Açıq aydın olduğu kimi bu sistemi üstün və güclü olan uca Allah xüsusi olaraq yaratmışdır. Sistemi bir az daha təfərrüatlı bir şəkildə araşdırdığımız zaman daha çox möcüzəvi yaradılış dəlilləri qarşımıza çıxar.

Nazik bağırsaqda olan hüceyrələr, sadə haldakı B12 vitaminini tanıya bilməzlər. B12 vitamininin bu hüceyrələr tərəfindən tanına bilməsi və tutula bilməsi üçün xüsusi bir molekulla işarələnilməsi lazımlıdır. Bu ehtiyac da əlbəttə ki, düşünülmüş və B12 vitamininin bağırsağa çatmadan işarələnilməsini təmin edəcək sistemdə qurulmuşdur.

B12 vitamini hələ mədədə olduğu sırada, mədə hüceyrələri B12 vitamini üçün xüsusi bir molekul çıxararlar. Bu molekul B12 vitamininin səyahətinin irəlidəki mərhələlərində ehtiyac olacağı bir "şəxsiyyət sənədidir". Bu şəxsiyyət sənədi B12 vitamininə möhkəm yapışar və B12 incə bağırsağa doğru səyahətinə davam edər.

B12 vitamini çox uzaqda, sümük iliyində istifadə edilir.

Nazik bağırsaqda yalnız B12 vitaminini tapmaqla vəzifəli olan sərhəd məmurları (xüsusiləşmiş hüceyrə qrupu), B12 hüceyrəsinin qan dövranına keçməsini təmin edəcəklər. Amma bu məmurlar sadə halda olan B12 vitaminini tanıya bilmir. Məhz bu mərhələdə B12 vitamininin köməyinə əlindəki şəxsiyyət sənədi yetişər. Sərhəd polisləri bu şəxsiyyət vasitəsiylə trilyonlarla molekul arasından B12 vitaminini tanıyar və taparlar. Ardından yenə bu şəxsiyyət molekulunun köməyi sayəsində B12 vitamininin qan dövranına keçməsini təmin edərlər. Beləcə B12 qan yoluyla sümük iliyinə çatmağı bacarar.

Görüldüyü kimi mədə hüceyrələri B12 vitamininin bədən üçün əhəmiyyətini bilirlər. Ayrıca bağırsaq hüceyrələrinin B12 vitaminini tanımaq üçün necə bir işarəyə ehtiyacları olduğunu da bilir və bu işarə molekulunu xüsusi olaraq çıxarırlar. Gözləri, əlləri və beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B12 vitaminini tutur.

Unudulmaması lazım olan bir başqa əhəmiyyətli nöqtə də, bütün bu hadisələr nəticəsində mənimsənən B12 vitamininin nə mədə hüceyrəsinin, nə də bağırsaq hüceyrəsinin işinə yaramadığıdır. B12 vitamini çox uzaqda, sümük iliyində istifadə edilir. Bu vitamin sayəsində insan bədənində qan çıxarıla bilir və insanın həyatını davam etdirməsi təmin edilir.

Hüceyrə içində şüur, iradə və ya bir güc axtarmaq çox mənasız olacaq.

Yalnız bir vitaminin etdiyi səfər və bu səfərdəki incəliklər belə insan bədənində qurulmuş sistemin qüsursuzluğunun başa düşülməsi baxımından kifayətdir.

Şübhəsiz ki, bu əməliyyatlar əsnasında sərgilənən iti şüur və qüsursuz işləyiş bəhsi keçən hüceyrələrin iradəsi ilə reallaşa bilməz. Nəticədə hüceyrə deyilən varlıqlar şüursuz atomların birləşməsiylə meydana gələn strukturlardır. Hüceyrə içində şüur, iradə və ya bir güc axtarmaq çox mənasız olacaq.

Buradakı sistemi yaradan da, hər şeyi yoxdan var edən aləmlərin Rəbbi uca Allahdır.